HƏMAS sözçüsü Hazem Qasim bildirib ki, İsrail atəşkəs razılaşmasının bəzi mühüm maddələrini, xüsusilə əsir mübadiləsi və Qəzzadan çıxma ilə bağlı maddələri manipulyasiya etməyə çalışır. Qasim açıqlamasında deyib ki, İsrail bu maddələri sui-istifadə etməyə cəhd edir və bu məsələlərin müzakirəsindən yayınır.
#Misir
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada əldə olunmuş və tezliklə qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının bölgə xalqları üçün "ədalət və sabitlik dolu bir gələcək ümidi qapısını araladığını" bildirib. Sisi yazılı açıqlamasında Şarm əl-Şeyxdə razılaşmaya gəlindiyini xatırladaraq, dünyanın bu anla “sülh iradəsinin zəfərini təcəssüm etdirən tarixi bir hadisəyə” şahidlik etdiyini qeyd edib.
Misirin futbol üzrə milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Məhəmməd Salahın liderlik etdiyi komanda Cibuti yığmasını 3:0 hesabı ilə məğlub edərək mundiala vəsiqə əldə edən 19-cu komanda olub.
HƏMAS hərəkatı yayımladığı bəyanatda Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Təşkilat bildirib ki, razılaşma müharibənin dayandırılması, işğalçı qüvvələrin çəkilməsi, humanitar yardımların girişinə icazə verilməsi və əsir mübadiləsini nəzərdə tutur.
Bu gün, çərşənbə axşamı, Misirin tanınmış alimi, Əl-Əzhər Universitetinin sabiq rektoru və Ali Alimlər Şurasının üzvü professor Əhməd Ömər Haşim vəfat edib. AzerVoice xəbər verir ki, o, uzun sürən xəstəliklə mübarizədən sonra dünyasını dəyişib.
Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.
Azərbaycanlı tədqiqaçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi - mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub. Mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Əl-Futuh təqdim edib. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.
Yaxın Şərqdə diplomatik səylər intensivləşib. Qətər, Misir və Türkiyə son 24 saat ərzində Fələstin hərəkatı HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planını qəbul etməyə təşviq etmək üçün birgə təzyiq göstəriblər. Bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb.
Küveyt Daxili İşlər Nazirliyi ölkədə məscidlər və ibadət yerlərinə yönəlmiş partlayıcı-təxribat əməliyyatı hazırlayan bir əcnəbi mənşəli sakin (müvəqqəti yaşayan) saxlandığını açıqlayıb. Nazirliyin bazar ertəsi gecə yaydığı bəyanatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti qabaqlayıcı əməliyyat çərçivəsində planı ifşa edib. «Ölkənin təhlükəsizliyini qorumaq və sabitliyini təmin etmək məqsədilə aparılan intensiv qabaqlayıcı tədbirlər nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti dini məkanlara hücum etmək niyyətində olan qadağan olunmuş təşkilata mənsub əcnəbi mənşəli bir sakini həbs edə bilib. Araşdırmalar zamanı onun partlayıcı qurğular hazırlamaq üçün istifadə olunan bir sıra texniki avadanlıq və materiallar, eləcə də onların hazırlanma və istifadə üsulları yaşayış yerində aşkar edilib» -nazirliyin bəyanatında deyilir.
İsrailin Baş naziri Benyamin NetanyahuABŞ Prezidenti Donald Tramp ilə dünən Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib. Baş nazir özünün “Telegram” hesabında yayımladığı videomüraciətdə deyib: “Xeyr, qətiyyən. Bu, razılaşmada yer almır. Biz tam aydın şəkildə bildirmişik ki, Fələstin dövlətinə qəti surətdə qarşıyıq.”
Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün, bazar ertəsi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Qahirədə qəbul edib.Görüşdə regional məsələlər, xüsusilə də Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Misir Prezidentliyinin açıqlamasına görə, iki lider ABŞ Prezidenti Donald Trampın bölgədə müharibəni dayandırmaq üçün irəli sürdüyü təşəbbüsü alqışlayıb və bu sülh təşəbbüsünün dəstəklənməsinin bölgədə hərtərəfli və davamlı sülhün bərqərar olması yolunda mühüm addım olduğunu vurğulayıblar.
Türkiyə 2025-cü ilin avqust ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,3 faiz azalaraq, 27 milyon 416 min 3 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz azalaraq, 275 milyon 693 min 98 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.