#Hizbullah

Livan Prezidenti Cozef Aun İsraillə imzalanmış çərçivə sənədini müdafiə edib. O bildirib ki, bu sənəd saziş deyil və Livan öz hüquqi, siyasi və hərbi prinsiplərindən geri çəkilməyib. Prezident ölkənin İsraillə bağlı qərarları suveren dövlət kimi qəbul etdiyini vurğulayıb. Aun daxili qarşıdurmanın yolverilməz olduğunu bildirərək vətəndaşları küçə etirazlarından çəkinməyə çağırıb. Çərçivə sənədində İsrailin Livanın cənubundan çıxmasının mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu proses Hizbullahın silahsızlaşdırılması ilə əlaqələndirilir. Müzakirələr Livanda siyasi gündəmin əsas mövzularından biri olaraq qalır.

Livan ABŞ-nin Yaxın Şərqdə gərginliyi azaltmaq səylərində əsas məsələlərdən birinə çevrilib. İsrail, Livan və ABŞ arasında imzalanmış üçtərəfli razılaşmadan sonra diqqət tərəflərin öhdəliklərinin icrasına yönəlib. Razılaşma beş mərhələli danışıqlardan sonra əldə olunub. Sərhəd məsələsi, Hizbullahın silahsızlaşdırılması və İsrailin təhlükəsizlik təminatları tələbi əsas fikir ayrılıqları olub. İsrail Hizbullahın sərhəd boyunca hərbi mövcudluğunu bərpa etməməsini istəyir. ABŞ isə “pilot zonalar”ın həyata keçirilməsini və yeni gərginliyin qarşısının alınmasını təmin etməyə çalışır. Hazırkı mərhələdə əsas sual razılaşmaların nə dərəcədə davamlı olacağıdır.

ABŞ Prezidenti Donald Trampın İranla sülh razılaşmasına nail olmaq istiqamətində administrasiya daxilində fərqli siyasi baxışlara malik yüksək vəzifəli şəxslərdən istifadə etməsi diqqət çəkir. ABŞ dövlət katibi Marko Rubio sərt mövqeli siyasətçi kimi qiymətləndirildiyi halda, vitse-prezident Cey Di Vens daha yumşaq və diplomatik yanaşmanın tərəfdarı hesab olunur.

ABŞ və Körfəz ölkələri Hizbullahın maliyyə şəbəkəsi ilə əlaqəli olduğu iddia edilən şəxslərə və qurumlara qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar 5 qurumu və 16 fiziki şəxsi əhatə edir. Qərar Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə Mərkəzi çərçivəsində qəbul olunub. Sanksiyalar "Əl-Qard əl-Həsən" və "Beyt əl-Mal" təşkilatlarına da şamil edilib. ABŞ bu qurumların Hizbullahın maliyyə fəaliyyətində rol oynadığını iddia edir. Məsələ ilə bağlı Hizbullah tərəfindən dərhal rəsmi açıqlama verilməyib. Yeni sanksiyalar regionda maliyyə nəzarətinin gücləndirilməsi məqsədi daşıyır.

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb. Livanın dövlət xəbər agentliyinin məlumatına görə, martın 2-dən indiyədək həyata keçirilən hücumlarda 4 278 nəfər həlak olub. Həmin dövrdə 12 196 nəfərin yaralandığı bildirilir. Məlumatda qeyd olunur ki, döyüşlər İsrail ilə Hizbullah arasında qarşıdurmaların yenidən başlamasından sonra intensivləşib. Hücumlar nəticəsində mülki əhali arasında itkilər artmaqda davam edir. Humanitar vəziyyətin ağır olaraq qaldığı vurğulanır. Bölgədə gərginlik hələ də davam edir.

Livan Prezidenti Cozef Aun ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper ilə Beyrutda görüş keçirib. Tərəflər Vaşinqtonda əldə olunmuş çərçivə sazişinin icrasına hazırlıq məsələlərini müzakirə ediblər. Cozef Aun ABŞ Prezidenti Donald Trampın Livana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, Livan dövlətinin ölkənin cənub sərhədlərinə qədər öz səlahiyyətlərini bərpa etməkdə qərarlı olduğunu bildirib. Görüşdə təhlükəsizlik və sabitliyin təmin olunması ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Bununla yanaşı, "Hizbullah"ın silahsızlaşdırılması ilə bağlı suallar hələ də açıq qalır. İsrail qoşunlarının çıxarılması prosesinin bu məsələlərlə əlaqələndirildiyi bildirilir.

Livan ordusunun komandanı Rodolf Heykel ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper ilə görüş keçirib. Tərəflər Livanda və Yaxın Şərqdə son vəziyyəti, eləcə də hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Rodolf Haykal ABŞ-nin Livana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, iki ölkənin orduları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. Görüş Vaşinqtonda imzalanmış üçtərəfli çərçivə sazişinin icrasına başlanıldığLivan ordusunun komandanı Rudolf Heykel ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper ilə görüş keçirib. Tərəflər Livanda və Yaxın Şərqdə son vəziyyəti, eləcə də hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Rudolf Heykel ABŞ-nin Livana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, iki ölkənin orduları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. Görüş Vaşinqtonda imzalanmış üçtərəfli çərçivə sazişinin icrasına başlanıldığı dövrə təsadüf edib. Həmin sənəd İsrail ordusunun Livanın cənubundan çıxarılması və "Hizbullah"ın tərksilah olunmasını nəzərdə tutan mərhələli mexanizmi müəyyənləşdirir. Bu prosesin bölgədə təhlükəsizlik və sabitliyə təsir göstərəcəyi gözlənilir.ı dövrə təsadüf edib. Həmin sənəd İsrail ordusunun Livanın cənubundan çıxarılması və "Hizbullah"ın tərksilah olunmasını nəzərdə tutan mərhələli mexanizmi müəyyənləşdirir. Bu prosesin bölgədə təhlükəsizlik və sabitliyə təsir göstərəcəyi gözlənilir.

Livandakı iki sünni qrup Vaşinqtonda imzalanmış razılaşmaya etiraz edib. Onların fikrincə, İsrail qoşunlarının ölkədən çıxarılmasının Hizbullahın silahsızlaşdırılması ilə əlaqələndirilməsi qəbuledilməzdir. Qruplar bunu təhlükəsizlik məsələlərinin İsrail və ABŞ-nin şərtlərinə tabe etdirilməsi cəhdi kimi qiymətləndiriblər. Onlar, həmçinin İsrailə razılaşmanın icrasına nəzarət səlahiyyəti verildiyini iddia edərək bunu pisləyiblər. Sənəd Livan daxilində ciddi fikir ayrılığı yaradıb. Bir tərəf razılaşmanı müharibə vəziyyətindən çıxış yolu hesab edir. Digər tərəf isə bunu ölkənin maraqlarına zidd güzəşt kimi dəyərləndirir.

Misir Xarici İşlər Naziri Badr Əbdülatti və Livan Milli Məclisinin sədri Nəbih Berri telefon danışığında İsrailin geri çəkilmə sazişi və Yaxın Şərqdə gərginliyin azaldılması məsələlərini müzakirə ediblər. Əbdülatti Livanın suverenliyini dəstəklədiyini vurğulayıb və sazişdən istifadə etməklə İsrailin Livandan çıxmasının vacibliyini qeyd edib. Nəbih Berri isə Misirin dəstəyini qiymətləndirib və sazişi bir tərəfli olaraq tənqid edib.

Hizbullah İsrail ordusunun Cənubi Livanda atəşkəsi pozmasını tənqid edib. Təşkilatın açıqlamasında Nəbatiyyə və Meyfadun şəhərlərində mülki obyektlərin hədəfə alınması, Frun qəsəbəsində dron hücumları, Taybə və Haddatha qəsəbələrində evlərin dağıdılması, həmçinin digər qəsəbələrdə şok qranatları və şübhəli obyektlərin yerləşdirilməsi qeyd olunub. Hizbullah İsrail-Livan sazişinin pozuntularına qarşı cavab hüququnu saxlayır.

Vaşinqtonda imzalanan İsrail–Livan çərçivə sazişi atəşkəsi Hizbullahın silahsızlaşdırılması ilə əlaqələndirir. ABŞ Dövlət Departamentinin açıqladığı sənədə əsasən, Livan ordusunun ölkə üzrə suveren nəzarəti bərpa etməsi mərhələli proses kimi nəzərdə tutulur. Bu proses qeyri-dövlət silahlı qrupların silahsızlaşdırılması ilə şərtləndirilir. Sənəd İsrailin Livandakı mövcud ərazilərdən dərhal çıxmasını tələb etmir, əksinə mərhələli geri çəkilmə mexanizmini nəzərdə tutur. İki “pilot zona”da təhlükəsizlik məsuliyyətinin Livan ordusuna verilməsi planlaşdırılır. Razılaşma regionda yeni siyasi və təhlükəsizlik balansı yarada bilər. Tərəflər arasında icra mexanizmi əsas müzakirə mövzusudur. Prosesin gələcək gedişi diqqətlə izlənir.

İsrailin müdafiə naziri İsrail Katz Cənubi Livanda yerləşən “təhlükəsizlik zonası”nda ordunun uzunmüddətli qalmağa hazırlaşdığını açıqlayıb. O bildirib ki, baş nazir və müdafiə nazirliyi İsrail ordusuna bu istiqamətdə göstəriş verib. Katzın sözlərinə görə, Hizbullah tam silahsızlaşdırılmadan İsrail ordusu Livanın cənubundan geri çəkilməyəcək. Bu açıqlama İsrail və Livan arasında ABŞ vasitəçiliyi ilə əldə olunan çərçivə razılaşmasından sonra verilib. Rəsmi Tel-Əviv razılaşmanı öz təhlükəsizlik şərtləri ilə əlaqələndirir. Livanın cənubundakı mövcud hərbi vəziyyətin davam edəcəyi bildirilir. Regionda gərginlik və qeyri-müəyyənlik qalmaqda davam edir. Diplomatik proseslər isə paralel şəkildə davam edir.