BAKI,VOA,Yusif Şərifzadə
İsrailin müdafiə naziri İsrail Katz ordunun Cənubi Livanda yerləşən və İsrailin “təhlükəsizlik zonası” adlandırdığı ərazidə uzunmüddətli qalmağa hazırlaşması üçün göstəriş verildiyini bildirib.
VOA xəbər verir ki, Katz bu barədə video açıqlama ilə çıxış edib.
O qeyd edib ki, baş nazir və müdafiə naziri İsrail ordusuna həmin zonada “uzunmüddətli qalma” üçün hazırlıq görməyi tapşırıb.
Nazirin sözlərinə görə, İsrail ordusu Livanın cənubunda yenidən yerləşdirilməyəcək və Hizbullah bütün Livan ərazisində silahsızlaşdırılmayana qədər geri çəkilmə həyata keçirilməyəcək.
Katz bu yanaşmanı ABŞ vasitəçiliyi ilə əldə olunan çərçivə razılaşmasının əsas prinsipi kimi təqdim edib.