#Pakistan

İranın paytaxt Tehrana gələn Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi yüksək rütbəli nümayəndə heyəti ilə keçiriləcək görüşdən sonra ABŞ ilə müzakirələrin növbəti mərhələsi barədə qərar verəcəyi elan edilib. İranın "Tasnim" xəbər agentliyinin yüksək rütbəli rəsmi mənbəyə istinadən yaydığı məlumatda bildirilir ki, Tehran administrasiyası Pakistan heyəti ilə danışıqlar apardıqdan sonra lazımi təhlilləri tamamlayacaq və Vaşinqtonla diplomatik prosesin davam etdirilməsi ilə bağlı yekun mövqeyini müəyyənləşdirəcək.

Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-ın ismarışını çatdırmaq və iki ölkə arasında danışıqların ikinci raundunu planlaşdırmaq məqsədilə İrana yola düşdüyü bildirilib. İranın "Mehr" xəbər agentliyinin məlumatına görə Pakistanın yüksək rütbəli hərbi heyəti artıq İslamabaddan Tehrana hərəkət edib.

Səudiyyə Ərəbistanı Pakistanın maliyyə sabitliyini dəstəkləmək üçün yeni qərar qəbul edib. Məlumata əsasən, bu vəsait Birləşmiş Ərəb Əmirliklərinə olan böyük həcmli borc ödənişləri fonunda Pakistanın maliyyə yükünü azaltmağa yönəlib. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı eyni zamanda Pakistan Mərkəzi Bankında yerləşdirilmiş 5 milyard dollarlıq depozitin müddətini də uzadıb.

ABŞ və İran arasında diplomatik təmasların bərpası gözlənilir. Məlumata əsasən, görüşdə iki ölkə arasında mövcud gərginliyin azaldılması və mümkün razılaşmaların müzakirəsi nəzərdə tutulur. Qeyd olunub ki, əvvəlki danışıqlar nəticəsiz başa çatsa da, tərəflər diplomatik prosesin davam etdirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi şənbə günü Pakistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi birliyin ölkənin Şərq Sektorunda yerləşən Kral Əbdüləziz Hava Bazasına çatdığını elan edib. Bu addım iki ölkə arasında 2025-ci ilin sentyabrında imzalanmış Strateji Qarşılıqlı Müdafiə Müqaviləsinə uyğun olaraq atılıb.

İranın vitse-prezidenti Məhəmməd Rza Arif ölkəsinin ABŞ ilə mümkün danışıqlar və hərbi mövqeyi ilə bağlı açıqlama verib. Bununla yanaşı, vitse-prezident İranın hərbi mövqeyində geri çəkilməyəcəyini vurğulayıb. O qeyd edib ki, ölkə özünü əvvəlkindən daha güclü şəkildə müdafiə etməyə məcburdur. Arif əlavə edib ki, mövcud vəziyyət davam edərsə, bu, qlobal səviyyədə daha böyük nəticələrə və itkilərə səbəb ola bilər.

ABŞ və İran arasında gözlənilən silsilə görüşlər öncəsi Tehran rəsmi mövqeyini və şərtlərini dəqiqləşdirib. Şərtli danışıqlar: İran nümayəndə heyəti əvvəlcə ABŞ-ın öhdəliklərini necə yerinə yetirdiyini və Vaşinqtonun real mövqeyini qiymətləndirəcək. Yalnız bundan sonra rəsmi danışıqların gələcək formatı barədə qərar veriləcək.

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında davam edən gərginliyin azaldılması üçün həyata keçirilən vasitəçilik səylərinin kritik həddə çatdığını elan edib. Baş nazir tərəflərin hərbi ritorikanı diplomatik dialoqla əvəz etməyə hazır olduqlarını və bu istiqamətdə güclü siyasi iradə nümayiş etdirdiklərini bildirib. Şahbaz Şərif rəsmi açıqlamasında hər iki tərəfin danışıqlara tam hazır olduğunu vurğulayıb: "Sabah, şənbə günü həm ABŞ, həm də İran nümayəndə heyətləri Pakistanda olacaqlar. Biz bu tarixi görüşün uğurla nəticələnməsi və ixtilafların müzakirə yolu ilə həll edilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb. Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.