#Ermənistan

Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.

ABŞ hökuməti İranda davam edən etirazlar və təhlükəsizlik risklərinin artması fonunda ölkədə olan ABŞ vətəndaşlarına təcili xəbərdarlıq edib. Məlumatda qeyd olunur ki, təhlükəsizlik şəraiti imkan verdiyi halda, ABŞ vətəndaşları quru yolu ilə Türkiyə və ya Ermənistan ərazisinə keçməyi nəzərdən keçirməlidirlər. Bildirişdə Türkiyə ilə sərhəddə yerləşən Gürbulak, Kapıköy və Esendere gömrük-keçid məntəqələrinin açıq olduğu xüsusi vurğulanıb.

“Deyirsiniz ki, Ktrıç Nersisyan (katalikos II Qareginin həqiqi adı) getmək niyyətində deyil. Biz elə edəcəyik ki, o, niyyətini dəyişsin. Heç kimin heç vaxt getmək niyəti olmur. Serj Sarkisyanın da getmək niyyəti yox idi, amma getməyə məcbur oldu. Eyni hal Ktrıç Nersisyanla da olacaq: o, getməyə məcbur ediləcək”, – Paşinyan vurğulayıb.

29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub. Bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.