#Ermənistan

ABŞ Prezidenti Donald Tramp cümə günü açıqlayıb ki, ABŞ Vitse-prezidenti JD Vance fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək. Səfərin məqsədi “son sülh təşəbbüslərini davam etdirmək”dir. 2023-cü ildə Azərbaycan tərəfindən nəzarətə alınan Dağlıq Qarabağ bölgəsi ilə bağlı onilliklərdir davam edən münaqişəni başa çatdırmaq üçün Ermənistan və Azərbaycan 2023-cü ilin avqust ayında ABŞ-ın vasitəçiliyi ilə bir sülh sazişi imzalayıblar.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib. Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər.

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini "Baa3" səviyyəsində təsdiqləyib. Agentlik qeyd edir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli maliyyə buferi ilə dəstəklənir ki, bu da xarici şoklara qarşı həssaslıq risklərini azaldır. Bununla yanaşı "Moody`s" vurğulayır ki, Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılı olaraq qalır.

Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid olunmasına münasibət bildirərkən deyib.

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Belə nüfuzlu mükafatı (“Zayed İnsan Qardaşlığı Mükafatı” – red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.