#Fransa

Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Livanın Baş naziri Nəvaf Salam ilə görüşəcək. Yelisey sarayından verilən məlumata görə Fransa lideri görüş zamanı Livandakı atəşkəs rejiminə tam sadiqliyini və ölkənin ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. Pakistan isə ABŞ və İran arasında atəşkəs müddətinin çərşənbə günü başa çatması ərəfəsində yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazırlaşır.

Fransanın "CMA CGM" gəmiçilik şirkəti şənbə günü Hörmüz boğazından keçən gəmilərindən birinin xəbərdarlıq atəşinə məruz qaldığını təsdiqləyib. Beynəlxalq Dəniz Təşkilatının (IMO) "Agence France-Presse" (AFP) tərəfindən yayılan məlumatına görə, insident Omanın Kumzar bölgəsinin şimalında baş verib. Atəş nəticəsində gəmiyə zərər dəydiyi bildirilsə də, zədənin miqyası barədə ətraflı məlumat verilməyib. Ərazidə hər hansı ekoloji çirklənmə qeydə alınmayıb.

Fransanın paytaxtında təhlükəsizlik tədbirləri çərçivəsində minlərlə insan təxliyə edilib. Kolomb bölgəsində aşkar edilən partlayıcı qurğu səbəbindən ərazi sakinlərinə səhər saatlarınadək evlərini tərk etmək tapşırılıb. Təhlükəsizlik məqsədilə bombanın yerləşdiyi ərazinin 450 metr radiusunda yaşayanlar təxliyə olunub.

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib. Məlumata əsasən, Fransa lideri həm İran Prezidenti Məsud Pezeşkian, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib. Qeyd olunub ki, Makron bölgədə əldə olunmuş atəşkəs rejiminin, o cümlədən Livanı da əhatə etməklə, bütün tərəflər tərəfindən ciddi şəkildə qorunmasının zəruri olduğunu qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron şənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon əlaqəsi saxlayaraq, İslamabadda davam edən İran-ABŞ sülh danışıqlarını müzakirə etdiyini açıqlayıb. Liderlər bölgədəki vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər. "X" sosial platformasındakı paylaşımında Makron atəşkəsə verdiyi dəstəyi yenidən ifadə edib. Fransa lideri vurğulayıb ki, hazırkı atəşkəsə tam əməl olunmalı və bu proses gecikmədən Livanı da əhalə etməlidir. Makron, həmçinin regiondakı humanitar və iqtisadi sabitlik üçün Livanın təhlükəsizliyinin vacibliyini qeyd edib.

Tarixi mənbələrə əsasən, 11 aprel 1814-cü ildə Fransa imperatoru və tarixin ən qüdrətli hərbi sərkərdələrindən biri sayılan Napoleon Bonapart rəsmən taxtdan imtina etdi. Fontenblo müqaviləsinin imzalanması ilə o, Aralıq dənizində yerləşən Elba adasına sürgünə göndərildi.

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü "X" sosial şəbəkəsində etdiyi paylaşımda Fransa vətəndaşları Sesil Koler və Jak Parisin İranda üç yarım illik həbsdən sonra "azad olduqlarını və Fransaya doğru yola düşdüklərini" bildirib. Makron onların azad edilməsində Omanın vasitəçilik etdiyini əlavə edib. Cütlük 2022-ci ildən bəri casusluq ittihamı ilə İranda saxlanılırdı, Fransa isə bu ittihamların əsassız olduğunu bəyan etmişdi. Onlar noyabr ayında bədnam Evin həbsxanasından azad edilmiş və o vaxtdan bəri Fransa səfirliyində qalırdılar.

Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində Seuldakı Yonsei Universitetində tələbələr qarşısında çıxış edərək, qlobal siyasətdəki "üçüncü yol" strategiyasını açıqlayıb. ABŞ və Çini nəzərdə tutan Makron, Fransa və Cənubi Koreya kimi demokratik ölkələrin hər hansı bir gücün vassalına çevrilməməli olduğunu vurğulayıb. O, Avropa, Kanada, Braziliya və Hindistanın daxil olduğu ortaq proqramın müstəqil qərarlar vermək qabiliyyətini gücləndirdiyini bildirib.

Emmanuel Makron Cənubi Koreyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib ki, İranın nüvə proqramı ilə bağlı problem hərbi yolla həll edilə bilməz.Makron həmçinin Hörmüz boğazı ilə bağlı mümkün hərbi əməliyyat planlarına da münasibət bildirib. O, bu cür təşəbbüsləri “realist olmayan” kimi qiymətləndirərək qeyd edib ki, belə bir əməliyyat həm uzun zaman tələb edər, həm də ciddi təhlükələrlə müşayiət olunar.

Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Koreya Respublikası, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya liderlərinin Hörmüz boğazı ilə bağlı birgə bəyanatı. Biz İranın Körfəzdəki silahsız ticarət gəmilərinə son hücumlarını, neft və qaz qurğuları da daxil olmaqla mülki infrastruktura hücumları və İran qüvvələri tərəfindən Hörmüz boğazının de facto bağlanmasını ən sərt şəkildə pisləyirik.