#Fransa

Fransa Livanda davam edən böhran fonunda ölkədəki siyasi və diplomatik təsirini qorumağa çalışır. Paris həm ABŞ-ın bölgədə artan rolunu balanslaşdırmaq, həm də tarixi və strateji maraqlarını müdafiə etmək məqsədilə Livan məsələsində fəallığını artırır. Livandakı təhlükəsizlik vəziyyətinin pisləşməsi və beynəlxalq qüvvələrin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Fransanın regiona marağını daha da artırıb.

İranın Xarici işlər naziri Abbas Araqçi Vaşinqton və Tehran arasında aparılan danışıqlar fonunda bir sıra xarici həmkarları ilə telefon danışığı edib. O, Türkiyə, Fransa və Pakistanın xarici işlər nazirləri ilə dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıb və regionda diplomatik proseslərin vəziyyəti barədə fikir mübadiləsi aparıb. Bu danışıqla İran rəhbərliyi regional əməkdaşlıq və diplomatik vasitəçilik səylərini gücləndirmək istəyir.

Fransa İsrail hökumət nümayəndələrinin Parisdə keçiriləcək Eurosatory müdafiə sərgisində iştirakını qadağan edib. Həmçinin İsrail silah istehsalçıları yalnız hava müdafiəsi məhsullarını təqdim edə biləcək, hücum silahları sərgidə nümayiş etdirilə bilməyəcək. Qadağa, sağçı İsrail Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin oğurlanmış fəallara münasibəti ilə bağlı videonun yayımlanmasından sonra verilmişdir və qərar həm siyasi, həm də diplomatik əhəmiyyət daşıyır.

Fransa parlamentinin aşağı palatası “Qara qanun” kimi tanınan və XVII–XVIII əsrlərdə köləliyi tənzimləyən mübahisəli hüquqi sənədin ləğvi istiqamətində qərar qəbul edib. Tarixçilər tərəfindən “müasir dövrün ən qəddar hüquqi mətnlərindən biri” adlandırılan “Kod Nuar” adlı qanun insanları mülkiyyətə çevirərək onların alınıb-satılmasına, istismar edilməsinə, cəzalandırılmasına və öldürülməsinə hüquqi zəmin yaradırdı.

Fransa hökuməti Qəzzaya yardım aparmağa çalışan fəal flotiliyada iştirak edən Fransa vətəndaşlarına qarşı rəftarla bağlı prokurorluğa müraciət edib. Nazirin sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən Fransa baş konsulunun hazırladığı hesabat əsasında fəallara qarşı seksual zorakılıq, soyuğa məruz qoyulma, döyülmə və təhqiredici rəftar halları barədə məlumatlar əldə olunub.

Doqquz ölkənin rəhbərləri İsrailin İordan çayının qərb sahilində yerləşən E1 bölgəsində yeni yaşayış məntəqələrinin genişləndirilməsi planlarını tənqid edərək bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Birgə bəyanatda İsrail hökumətinə yaşayış məntəqələrinin genişləndirilməsini dayandırmaq, zorakılıq halları ilə bağlı məsuliyyət mexanizmlərini gücləndirmək və ilhaq çağırışlarından imtina etmək çağırışı edilib.

Florian Philippot 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizədliyini rəsmən təsdiqləyib. Fransa Vətənpərvərlər Partiyasının ("Les Patriotes") lideri bildirib ki, o, əvvəlki illərlə müqayisədə daha güclü mövqedədir və bu dəfə seçkilərdə iştirak üçün lazım olan dəstəyi toplamağa ümid edir. Filippo qalib gələcəyi təqdirdə Fransanın Avropa Birliyi və NATO-dan çıxması istiqamətində çalışacağını vəd edib.