#Moskva

ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff 22 yanvar tarixində Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. Uitkoff bildirib ki, o, Rusiyaya səfərini ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə birlikdə həyata keçirəcək. Görüşün detalları açıqlanmasa da, tərəflər arasında müzakirələrin qapalı formatda aparılacağı gözlənilir.

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli kanallar vasitəsilə bir-birinə qarşı hücum etməmək barədə razılaşma əldə ediblər. Məlumata görə, İranda dekabrın sonlarında başlayan etirazlardan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya kanalı vasitəsilə Tehrana mesaj göndərərək bildiriblər ki, İsrail ilk hücuma məruz qalmadığı halda İrana zərbə endirməyəcək. İran tərəfi də eyni kanalla cavab verərək, hücumdan çəkinəcəyini bildirib.

2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.

Kreml Administrasiyası Rusiya Prezidenti Vladimir Putinin bu həftə Türkmənistana rəsmi səfər edəcəyini və səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırıldığını açıqlayıb. Məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yayıb. Onun sözlərinə görə, Putin 12 dekabrda Aşqabadda olacaq və “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” forumunda iştirak edəcək.

Ukrayna ABŞ-a yeni sülh planının yenilənmiş versiyasını təqdim etməyə hazırlaşır. Volodimir Zelenski isə bir daha vurğulayıb ki, Kiyev Rusiya ilə danışıqlarda ərazi güzəştlərinə getməyəcək və ölkənin mövcud sərhədlərinin dəyişdirilməsi “nə hüquqi, nə də mənəvi baxımdan mümkün deyil. Zelenski Avropa və NATO liderləri ilə görüşləri zamanı ABŞ-dan gələn təkliflərə dair mövqeyini sərtləşdirib və Vaşinqtona yeni alternativ plan göndəriləcəyini açıqlayıb. Bu, ABŞ və Ukrayna nümayəndə heyətlərinin son günlərdə apardığı intensiv danışıqların nəticəsiz qalmasının ardından gündəmə gəlib.