Malta sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında rəsmi olaraq Fələstin Dövlətini tanıyacağını bəyan edib.
#BMT
İsrail, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı bəyanatını rədd edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Böyük Britaniya, sentyabr ayında BMT Baş Assambleyasının sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağını bəyan edib.
Türkiyə, Kolumbiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək Lahey Qrupunun Boqotada qəbul etdiyi, İsrailə qarşı nəzərdə tutulan tədbirləri əks etdirən Ortaq Bəyanata qoşulub.
BAKI, AzerVoice 29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə AzeVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Müraciətdə İsrailin hücumları və blokadası nəticəsində humanitar böhran yaşayan Qəzza zolağında aclığın sürətlə yayıldığını bildirərək,bölgənin bütün əhalisinə ərzaq çatdırmaq üçün yardımın miqyası dərhal artırılmalı olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Faysal bin Fərhan bəyan edib ki, bölgədə təhlükəsizlik, sabitlik və rifahın təməli Fələstin xalqına ədalət bərpa olunmasından keçir. O, 1967-ci il 4 iyun sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyini vurğulayıb.
Reallıq budur ki, biz həlledici bir mərhələdəyik, iki dövlətli həll heç vaxt bu qədər uzaqda olmayıb. İki dövlətli həll beynəlxalq hüquqda öz əksini tapan, BMT Baş Assambleyası tərəfindən qəbul edilən və beynəlxalq ictimaiyyətin dəstəklədiyi yeganə əsasdır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 6-cı Dünya Parlament Sədrləri Konfransında iştirak etmək üçün İsveçrəyə gedəcək.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katib müavini və Təcili Yardım Koordinatoru Tom Fletcher Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib.
BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin Fövqəladə Yardım Koordinatoru Tom Fletçer Qəzza zolağına humanitar yardımların daxil olmasına şərait yaratmaq üçün elan olunan atəşkəs qərarını alqışladığını bildirib.
Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması və tibbi yardıma ehtiyacı olan uşaqların təxliyəsi məqsədilə beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.