Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 350 ton buğda göndəriləcək

    25 Mart 2026 10:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 350 ton buğda göndəriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

    VOA xəbər verir ki, 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda 25 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.

    xxx

    10:10

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

    VOA xəbər verir ki, 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda 25 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.

    Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

    Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

    9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.

    Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

    Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.

    Martın 19-da Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçirilib. 7 vaqondan ibarət, çəkisi 488 ton olan taxıl 19 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Belə ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

    Martın 24-də Rusiyadan Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində Azərbaycan ərazisindən keçməklə Ermənistana ümumi çəkisi 271 ton olan dörd vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq göndərilib.

    #Azərbaycan #Rusiya #Ermənistan #tranzit-nəqliyyat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    17 İyul 2026 19:48

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    ABŞ və İran gərginliyi artırmamalıdır - Dmitri Peskov

    16 İyul 2026 18:26

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.