#Cümhuriyyət Xalq Partiyası (CHP)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, CHP Başçısı Özgür Özelin çıxışlarına etiraz edərək, onun ifadələrini “siyasi üsluba yaraşmayan” adlandırıb. Ərdoğan Beştepe Millət Kitabxanasında keçirilən “Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Dəyişiklik” Beynəlxalq Konfransında çıxış edib. O, “Danışan şəxs Türkiyənin ikinci böyük partiyasının rəhbəridirmi, yoxsa tənzimləri pozulmuş bir təhqir avtomatıdır, təəssüf ki, bunu anlamaq çətindir. Türkiyə belə bir siyasi tərzi, belə kobudluğu əsla haqq etmir,” – deyib.

Türkiyə Prezidenti və ədalət və inkişaf partiyası (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan TBMM-dəki partiya qrup iclasında çıxış edərək bildirib ki, Türkiyə terrorsuz bir ölkə və bölgə hədəfinə doğru yeni bir mərhələyə qədəm qoyub. Ərdoğan vurğulayıb ki, bu prosesdə hər kəsin dəstək verməsi və mümkün qədər çox töhfə verməyə çalışması vacibdir. O, Türkiyə Böyük Millət Məclisinin 28-ci dönəm 4-cü qanunvericilik ilinin gərgin gündəmlə başladığını xatırladaraq, İraq və Suriya tezkerəsinin ana müxalifətin etirazlarına baxmayaraq geniş bir ittifaqla qəbul edildiyini qeyd edib. Ərdoğan bu addımın Türkiyənin təhlükəsizliyini təmin etməklə yanaşı qonşu ölkələrin də təhlükəsizlik və sülhünə töhfə verdiyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İraq və Suriyadakı mövcudluğunun səbəbləri artıq bütün dünya tərəfindən məlumdur, lakin müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) hələ bunu dərk etməyib. Ərdoğan vurğulayıb ki, CHP məsələnin partiya yox, dövlət işi olduğunu başa düşməyib və son hadisələrin partiyanı da bu həqiqəti anlamağa sövq edəcəyinə inanır.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb. AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib. Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.