Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Yanğınlar səbəbilə Türkiyənin Bilecik vilayətində 50-ə yaxın obyekt sıradan çıxıb

    29 İyun 2025 15:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yanğınlar səbəbilə Türkiyənin Bilecik vilayətində 50-ə yaxın obyekt sıradan çıxıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Bilecik vilayətində baş verən yanğınlar nəticəsində 47 obyekt sıradan çıxıb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum məlumat verib.

    Məlumata görə, Bilecikin Gölpazarı və Osmaneli rayonlarında baş vermiş yanğınlar nəticəsində 23-ü yaşayış evi və biri məscid olmaqla, ümumilikdə 47 müstəqil obyekt tamamilə yanaraq sıradan çıxıb.

    Nazir əlavə edib ki, 41 evlə yanaşı, 25 tövlə və anbar kimi obyektlər də ağır ziyan görüb.

    Kənd və məhəllələrin təxliyə olunduğu bildirilərkən, kənd təsərrüfatına və yaşayış sahələrinə ciddi zərər dəydiyi vurğulanıb.

    Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı isə bildirib ki, hüquq-mühafizə orqanları yanğınlarla bağlı araşdırmalar aparmağa davam edirlər.

    "Baş verən yanğınlarla əlaqədar hüquq-mühafizə orqanlarımız çox diqqətli şəkildə araşdırmalar aparıb. Biz də bu yanğınlara səbəb olanların ən ağır şəkildə cəzalandırılması üçün prosesi yaxından izləyəcəyik" - deyə, o bildirib.

    Nazir həmçinin qeyd edib ki, son iki gün ərzində ölkədə 150 meşə yanğını baş verib və 16 yaşayış məntəqəsi ehtiyat tədbiri olaraq təxliyə olunub. Yanğınların bir hissəsi hələ də davam edir, lakin bir çoxu artıq nəzarət altına alınıb. Sakaryadan Bilecikə keçən alovun geniş yayılmasının qarşısının alınması üçün müdaxilələr davam etdirilir.

    #Türkiyə #yanğın #Murat Kurum #meşə yanğını #meşə yanğınları #İbrahim Yumaklı #Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyi #Bilecik meşə giriş qadağası 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    18 İyul 2026 20:39

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    17 İyul 2026 22:11

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilir

    Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

    Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.