Azərbaycan Prezidenti İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib. Bununla bağlı paylaşımı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi “Instagram” səhifəsində edib.
#Prezident İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı.
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi adından Zati-alinizi doğum günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. Bu əlamətdar günün Sizin üçün sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq dolu yeni bir ilin başlanğıcı olmasını arzu edirəm.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Cənab Prezident. Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan xalqını qələbələrə aparan liderliyiniz ölkənizin müasir tarixində dönüş nöqtəsi təşkil edir. Nümayiş etdirdiyiniz qətiyyətli mövqe təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir.
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı güc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad və əməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktiv dialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyə davam edəcəyik.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. ...Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir.
Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik.