Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar.
#Prezident İlham Əliyev
İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır.
Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qazaxıstanın dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb. Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və Birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verdi. Ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı iyulda burada görülən işlərlə tanış olub.
Film “AzərEnerji” ASC-nin sifarişi ilə ərsəyə gətirilsə də, təkcə enerjinin istehsalı və ötürülməsi sahəsi ilə yekunlaşmayıb, eyni zamanda bütövlükdə paylayıcı şəbəkənin inkişafı, beynəlxalq enerji layihələri, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə əhatə olunub. Filmdə Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl enerji strategiyası bütöv şəkildə təqdim edilib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi dövründə elektroenergetika sahəsi təkcə bərpa olunmayıb, həm də əsaslı şəkildə yenidən qurularaq müasir, dayanıqlı və innovativ enerji sisteminə çevrilib.