#Prezident İlham Əliyev

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizin həyat yolunuz böyük məsuliyyət hissinə və öz xalqına sədaqətə malik qətiyyətli, iradəli və cəsur bir insanın yoludur.

"Daxili qoşunlar haqqında" qanun təsdiqlənib. Bu Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının daxili qoşunları haqqında qanununda öz əksini tapıb. Qanuna əsasən, sənəd Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin kollegiya sədri, birinci instansiya məhkəməsi sədri və bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin: