ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu Nigeriyada genişmiqyaslı xristian qətllərinin qarşısını almaq üçün ölkəyə qoşun yeridə və ya hava zərbələri həyata keçirə bilər. Nigeriyada quru qoşunlarının yerləşdirilməsi və ya hava hücumlarının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən Tramp deyib:
#Nigeriya
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Nigeriyada xristianlar “mövcudluq baxımından təhlükə” ilə üzləşirlər. Onun bu açıqlaması, ABŞ və Avropadakı radikal sağ dairələrdə Nigeriyada “xristianlara qarşı kütləvi qırğın” iddialarının geniş şəkildə yayılması fonunda səslənib.
Nigeriyanın şimal-qərb bölgəsində ordu qüvvələri ilə baş verən toqquşmalarda cinayətkar dəstələrə mənsub 80 nəfər öldürülüb. Bu barədə BMT-nin təhlükəsizlik hesabatına istinadən AFP agentliyi məlumat yayıb.Son illər “quldurlar” kimi tanınan silahlı dəstələr Nigeriyanın şimal-qərb və mərkəzi bölgələrində kəndləri və qəsəbələri basaraq mal-qaranı oğurlayır və girov götürdükləri insanlardan fidyə tələb edirlər.
Atalantanın nigeriyalı hücumçusu Ademola Lookman, yay transfer dönəmində İnterə keçidlə bağlı yaranmış mübahisələrin ardından yenidən komanda ilə məşqlərə qatılıb. İnter, 27 yaşlı futbolçunun transferi üçün 45 milyon avro təklif etsə də, Atalanta bu təklifi qəbul etməyib.
Nigeriyada 2025-ci ilin iyun ayında baş verən silahlı hücumlar, terror aktları və zorakılıq hallarının nəticəsi olaraq 1111 nəfər həlak olub, 276 nəfər isə qaçırılıb.
Nigeriyada 161 milyon insan ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzədir.
Nigeriyanın sabiq prezidenti Məhəmmədu Buxari 83 yaşında Londonda yerləşən xəstəxanada vəfat edib.
Nigeriyanın mərkəzində toy mərasiminə gedən avtobusa edilən hücum nəticəsində ölənlərin sayı artıb.