#Qırğızıstan

Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artaraq, 42 milyon 58 min 76 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq, 5 milyon 652 min 74 dollara bərabər olub.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq, 2 milyon 583 min 51 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artaraq, 534 min 55 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub.

Qırğızıstanın cənubundakı Cəlalabad bölgəsinin inzibati mərkəzi olan Cəlalabad şəhərinin adının Manas olaraq dəyişdirilməsi qərarının qüvvəyə minməsindən sonra, şəhəri simvolizə edən “Cəlalabad” yazılı köhnə loqo sökülüb və yerinə “Manas” yazılı yeni loqo yerləşdirilib. Şəhərin yuxarı hissəsində keçirilən mərasimdə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev, yerli rəhbərlər və çoxsaylı sakinlər iştirak ediblər.

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.

Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq, 72 milyon 510 min 47 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz azalaraq, 7 milyon 301 min 59 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 24 milyard 331 milyon 79 min dollara bərabər olub.

BAKI,AzerVoice Qırğızıstan Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesinin irəliləyişinə verdiyi töhfəni yüksək qiymətləndirir. AzerVoice xəbər verir ki, bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma keçirilib. Şəki şəhər stadionunda reallaşan matçda Qırğızıstan və Qazaxıstan komandaları qarşılaşıb. Oyunun start fitindən əvvəl Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı keçən matçda Qırğızıstan komandası 2-0 hesabı ilə qalib gələrək Oyunların bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə çövkən yarışlarını dördüncü pillədə başa vurub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 7-də Azərbaycanda işgüzar səfərdə olacaq. Məlumata əsasən, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək. Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir. "Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.