Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi

    13 Oktyabr 2025 11:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qırğızıstanın cənubundakı Cəlalabad bölgəsinin inzibati mərkəzi olan Cəlalabad şəhərinin adının Manas olaraq dəyişdirilməsi qərarının qüvvəyə minməsindən sonra, şəhəri simvolizə edən “Cəlalabad” yazılı köhnə loqo sökülüb və yerinə “Manas” yazılı yeni loqo yerləşdirilib.

    AzerVoice xəbər verir ki, şəhərin yuxarı hissəsində keçirilən mərasimdə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev, yerli rəhbərlər və çoxsaylı sakinlər iştirak ediblər.

    Mərasimdə çıxış edən Taşiyev, şəhərin adının dəyişdirilməsi münasibətilə iştirakçıları təbrik edərək, bu qərarın ölkənin strateji gələcəyi nəzərə alınaraq qəbul edildiyini vurğulayıb.

    Tədbirdə 8 metr hündürlüyündə və ağ rəngdə hazırlanmış “Manas” şəhər loqosu işıqlandırılaraq ictimaiyyətin ixtiyarına verilib.

    Bayram tədbirləri çərçivəsində atəşfəşanlıq nümayişi keçirilib, yerli sənətçilərin çıxış etdiyi konsert proqramı təşkil olunub.

    Qeyd edək ki, Cəlalabad şəhərinin adının Manas olaraq dəyişdirilməsini nəzərdə tutan qanun Qırğızıstan Parlamenti tərəfindən 10 sentyabrda qəbul edilmişdi.

    Prezident Sadır Caparov qanunu 17 sentyabrda imzalayıb və qərar 27 sentyabrda rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib.

    #Qırğızıstan #Sadır Japarov #Qırğızıstanın Nazirlər Kabineti #Sadır Japarov qərarı #Sadır Japarov fərman #Cəlalabad #Manas
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    31 Avqust 2026 10:35

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Rusiya və Qırğızıstan birgə hərbi təlimlər keçirir

    11 Avqust 2026 16:51

    Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

    31 İyul 2026 18:05

    Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Prezident Sadır Japarov

    31 İyul 2026 09:44

    Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov

    31 İyul 2026 09:43

    Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli nailiyyətlər nümayiş etdirir - Japarov

    31 İyul 2026 09:08

    "İsfa" MMC məhsullarını Rusiya, Qırğızıstan və BƏƏ-yə ixrac edir

    29 İyul 2026 20:26

    Si Cinpin Qırğızıstana səfər edəcək

    25 İyul 2026 10:54

    Tehran təhdid dilini qəbul etməyəcək - Abbas Əraqçi

    24 İyul 2026 19:45

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.