#Qırğızıstan

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin sürətli rəqəmsal inkişafını təmin etmək, rəqəmsal bərabərsizliyi aradan qaldırmaq və yeni telekommunikasiya texnologiyalarını tətbiq etmək məqsədilə fərman imzalayıb. Fərmana əsasən, “Qeyri-geostasionar peyk sistemlərindən istifadə üzrə pilot layihə” rəsmi olaraq işə salınır.

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurasının XII sammitində iştirak üçün Azərbaycana rəsmi səfər edəcək. Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusunda TDT zirvə toplantısı 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək. Bu ilin oktyabr ayında TDT sədrliyi Qırğızıstandan Azərbaycana keçəcək. Xatırladaq ki, TDT – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən, türk dövlətlərinin əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türk dilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.

Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə qadınlara və uşaqlara qarşı ağır cinayətlərə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun dəyişikliyi təklif edib. 27 sentyabrda Issık-Kul gölü yaxınlığında 2008-ci il təvəllüdlü Aysuluu adlı yeniyetmə qız itkin düşmüş, daha sonra onun meyiti Jel-Arık kəndi yaxınlığında tapılmışdı.

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək. Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda isə iki futbol matçı oynanılacaq. Belarus Özbəkistan, Qırğızıstan Tacikistanla üz-üzə gələcək.

Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 584 min 58 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 82 faiz artaraq, 5 milyon 584 min 25 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artaraq, 8 milyon 697 min 84 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq, 65 milyon 210 min 58 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz azalaraq, 1 milyon 605 min 70 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz artaraq, 11 milyon 585 min 82 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 5 milyon 71 min 58 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalaraq, 42 milyon 241 min 62 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 6 min dollara bərabər olub.

Cari ililin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,706 milyon ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 78 dəfə çoxdur. Hesabat ilində Azərbaycana yatırılan birbaşa xarici investisiyaların ümumi həcmində Qırğızıstan investisiyalarının payı 0,2 faiz təşkil edib. 2024-cü ilin ilk 6 ayı ərzində isə Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 99 min ABŞ dolları təşkil edib

25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.