#Qırğızıstan

Noyabrın 14-də Daşkənd şəhərinin məşhur "Panoramafilm" kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi təşkil olunub. Tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin bu ölkələrin kino agentliklərinin rəhbərləri və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

2025-ci ilin yanvar-sentyabr aylarında Qırğızıstandan Türkiyəyə 150 min 990 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,32 faiz azdır. 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,36 faiz təşkil edib. 2025 -ci ilin sentyabrında Qırğızıstandan Türkiyəyə 19 min 11 turist səfər edib ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 11,04 faiz çoxdur.

ABŞ Prezidenti Donald Tramp, Qəzzada yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) “çox yaxın zamanda” fəaliyyətə başlayacağını açıqlayıb. Tramp bu barədə ABŞ-da keçirilən C5+1 zirvəsində, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdikdən sonra verdiyi açıqlamalarda danışıb. Prezident vurğulayıb ki, Qəzzadakı atəşkəs hazırda davam edir və ABŞ region ölkələri və müttəfiqləri ilə yaxından əməkdaşlıq edir.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 7 milyon 136 min 2 dollara bərabər olub. Türkiyə 2025-ci ilin sentyabr ayında Qırğızıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq, 680 min 40 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz dəyişərək, 5 milyard 850 milyon 258 min dollara bərabər olub.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 82,3 faiz artaraq, 5 milyon 865 min 9 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 87,7 faiz artaraq, 280 min 84 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.

Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.

Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 4 milyon 503 min 80 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 45 milyon 744 min 86 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.

2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 10 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 133 milyon 500 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 15 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - sentyabr ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (10) qeydiyyata alınıb.

Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 14 milyon 855 min 89 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq, 2 milyon 240 min 91 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq dəyişərək, 2 milyard 16 milyon 639 min dollara bərabər olub.

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir. Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.