#Qırğızıstan

Bakıda Gülüstan sarayında Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi keçirilir. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək.

Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın əsas enerji tandeminə çevrilmək üçün daha bir inamlı addım atır. Qlobal oyunçuların artan marağı fonunda iki ölkə getdikcə daha qətiyyətlə öz resurslarına və bir-birinə güvənərək regional gündəmi öz maraqlarına uyğun formalaşdırırlar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxınlarda Daşkəndə səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığı yeni nəfəs aldı.

Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Qırğızıstan Türkdilli Dövlətlərin Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsində sədrlik vəzifəsini Azərbaycana təhvil verdiyini elan edib. Bunu bu gün Qırğızıstanın Milli Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Çakipov TDT-nin Qızıl Aypara Şəbəkəsi rəhbərlərinin Bakıda keçirilən iclasında bəyan edib. Qırğızıstan Milli Cəmiyyətinin rəhbəri sədrlik vəzifəsini Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslana təhvil verib.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz azalaraq, 8 milyon 454 min 48 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq, 1 milyon 318 min 46 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 6 milyard 581 milyon 163 min dollara bərabər olub.

15 noyabr 2025-ci il tarixində Polşaya rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Radio Wnet-ə geniş müsahibə verib. Xanım A.Raimkulova xatırladıb ki, Fond 2012-ci ildə Azərbaycanın Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. O, mədəni diplomatiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Fond Polşa, Litva və Rumıniya kimi ölkələrdə yaşayan Türk icmaların irsinin araşdırılması və qorunmasına xüsusi önəm verir. Səfəri çərçivəsində Fond rəhbəri məhsuldar görüşlərin keçirildiyi Belostok şəhərini də ziyarət edib.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz azalaraq, 51 milyon 241 min 24 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalaraq, 5 milyon 496 min 38 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 7 milyard 887 milyon 219 min dollara bərabər olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün səfər edən Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ali səviyyədə əldə olunmuş razılaşmaların icrası müzakirə olunub.