Məhəmməd bin Salmanın sədrliyi ilə Ciddə şəhərində keçirilən Nazirlər Kabinetinin iclasında Krallığın qlobal sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəklədiyi vurğulanıb. Bildirilib ki, vəliəhd şahzadə bir sıra dünya liderləri ilə apardığı danışıqlar barədə hökumət üzvlərinə məlumat verib. Bu çərçivədə Suriya, Livan, İsveçrə, Ukrayna, Yaponiya, Çexiya və Banqladeş rəhbərləri ilə keçirilən görüşlər diqqətə çatdırılıb.
#Körfəz ölkələri
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniyadan təzminat tələb etdiklərini bildirib. Bildirilib ki, məktubda adı çəkilən ölkələrin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak etdikləri və ərazilərindən istifadə olunmasına şərait yaratdıqları iddia olunur.
Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır.
Yaxın Şərqdə davam edən müharibə enerji bazarlarını sarsıtdığı bir vaxtda, OPEC+ neft kartelinin səkkiz üzvü may ayından etibarən hasilat kvotasını gündəlik 206 min barel artıracaqlarını elan ediblər.
"The Telegraph" qəzetinin köşə yazarı Embroz Evans-Priçard hesab edir ki, Donald Trampın İrana qarşı atdığı addımlar onu 1956-cı ilin Süveyş böhranını xatırladan tarixi bir məqama sürükləyə bilər. Bu ssenaridə sürətli hərbi uğurlar geniş qlobal iqtisadi təzyiqlər altında əriyib itir və nəticədə ABŞ-ın alçaldıcı geri çəkilməsi ilə beynəlxalq siyasətin tarazlığı kökündən dəyişir.
Türkiyə və Səudiyyə Ərəbistanı arasında tranzit ticarətlə bağlı yeni razılaşma əldə olunub. Türkiyənin ticarət naziri Ömər Bolat İstanbulda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Hörmüz boğazının bağlanması fonunda alternativ logistika marşrutları üzrə mühüm addım atılıb.
BMT-nin Baş katibi Antonio Quterreş "Politico" nəşrinə verdiyi açıqlamada Hörmüz boğazındakı gərginliyin azaldılması və bu strateji su yolunun təhlükəsizliyinin təmin edilməsi üçün intensiv diplomatik fəaliyyətə başladıqlarını bildirib. Antonio Quterreşin sözlərinə görə, təşkilat hazırda Hörmüz boğazında naviqasiya azadlığını qorumaq və hərbi eskalasiyanı yatırmaq məqsədilə xüsusi plan üzərində işləyir. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.
İranın son hücumları nəticəsində ölkələr arasında mövcud olan minimal etimad belə tamamilə sarsılıb. O qeyd edib ki, Səudiyyə Ərəbistanı və region ölkələri siyasi, iqtisadi və diplomatik vasitələrdən istifadə edərək bu hücumların dayandırılmasına nail olmağa çalışacaq.
Səudiyyə Ərəbistanı və Küveyt bazar günü axşam saatlarında İran raketlərinin qarşısını aldıqlarını açıqlayıb. Bəhreyn də ABŞ və İsrailin İrana qarşı müharibəsinə cavab olaraq həyata keçirilən bu hücumlar fonunda həyəcan siqnallarını işə salıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyanatında paytaxt Ər-Riyaddan cənub-şərqdə, Əl-Xərc əyalətində yerləşən Şahzadə Sultan aviabazasına doğru atılan iki ballistik raketi zərərsizləşdirdiyini və məhv etdiyini bildirib. Daha sonra Nazirlik bazar ertəsi səhər saatlarında Rüb əl-Xali səhrasında Şeybə yatağına doğru hərəkət edən bir PUA-nın zərərsizləşdirilərək məhv edildiyini açıqlayıb.
ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?
Qətərin sabiq baş naziri və xarici işlər naziri Həmd bin Cəssim bin Cabir Al Sani ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurmanın region üçün ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, Vaşinqton və Tehran arasında ciddi və qısa danışıqların vacibliyini vurğulayaraq, hərbi eskalasiyanın Yaxın Şərqin sabitliyini təhlükə altına atacağını bildirib. Sabiq baş nazir İran daxilində sabitliyin pozulmasının nəticələri bəlli olmayan xaosa yol aça biləcəyini qeyd edib. Açıqlama regional gərginliyin artdığı bir dövrdə yayımlanaraq sosial şəbəkələrdə geniş və ziddiyyətli müzakirələrə səbəb olub.
Altı körfəz ölkəsi bir viza ilə səyahətə imkan verən Şengenə bənzər yeni “Birləşmiş Turist Vizasını” tətbiq etməyə hazırlaşır.