“Wudingloong wui” adlandırılan bu növ təxminən 200 milyon il əvvəl — erkən Yura dövrünə aid edilir. Alimlər bildiriblər ki, Şərqi Asiyada indiyə qədər aşkarlanmış ən qədim Sauropodomorpha fosili olan “Wudingloong wui” kiçik ölçülü, uzun barmaqlı və ehtimal ki, iki ayaq üzərində hərəkət edən bir dinozavr olub. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.
#arxeoloji kəşf
Çıxışına keçmiş nazir və Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Dəmirə başsağlığı verərək başlayan Ərdoğan, Anadolu torpaqlarının insanlıq tarixinin ən qədim səhifələrinin yazıldığı məkanı olduğunu qeyd edib. O, Şanlıurfa vilayətində yerləşən Göbeklitəpənin Misir piramidalarından 7500 il əvvələ aid olduğunu vurğulayıb və milli mədəniyyətin köklərini burada axtarmağın vacibliyini qeyd edib.
AzerVoice xəbər verir ki, 2025-ci ilin əvvəlindən etibarən Türkiyədə müxtəlif bölgələrdə aparılan arxeoloji qazıntılar Anadolunun zəngin tarixini bir daha ortaya qoyub.
Kanada Arktikasında tapılan 24 milyon illik fosilləşmiş kərgədan dişindən qədim zülalların çıxarılması elm aləmində böyük maraq doğurub.
Erməni işğalçıları tərəfindən dağıdılan abidələrdə aparılan tədqiqatların nəticələri illüstrasiyaların da olduğu hesabatlar şəklində sənədləşdirilir.
Perunun şimalındakı Barranka bölgəsində aparılan qazıntılar nəticəsində eramızdan əvvəl 1800-1500-cü illərə aid qədim “Peñico” şəhəri aşkarlanıb.
İstanbul Universiteti və Monqolustan Milli Universitetinin birgə həyata keçirdiyi “Atlı Mədəniyyəti 2025” layihəsi çərçivəsində Monqolustanda qədim türklərin izlərini araşdırmaq üçün arxeoloji qazıntılara başlanılıb.
Peruda yerin altından 1000 illik İnkadan əvvəlki mumya tapılıb