#Emmanuel Makron

2002-ci ildə, Modi Hindistanın Qucarat əyalətinin baş naziri olduğu dövrdə, müsəlmanlara qarşı baş verən iğtişaşlara görə şəxsən məsul tutulmuşdu. Həmin hadisələrdə təxminən 1000 müsəlman öldürülmüş, 150 min nəfər evlərindən didərgin düşmüşdü. Bundan sonra ABŞ və Böyük Britaniya hökumətləri insan haqları ilə bağlı narahatlıqları əsas gətirərək Modiyə səfər qadağası qoydular.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə sabah Parisdə təşkil olunacaq Ukrayna mövzulu Könüllülər Koalisiyası Liderlər Zirvəsində iştirak edəcək. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Hakan Fidan zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Zirvədə Ukraynada sülhün təmin olunması məqsədilə aparılan danışıqlar, mövcud sülh planı layihələrinin son durumu, eləcə də Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərində Könüllülər Koalisiyasının oynaya biləcəyi rolun müzakirə olunması nəzərdə tutulur.

Son dövrlərdə Fransada qəbul edilən qanunvericiliyə dəyişikliklər bu ölkənin təhlükəsizlik və xarici hərbi iştirak strategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə “etibarlı operatorlar” anlayışının hüquqi dövriyyəyə daxil edilməsi faktiki olaraq Fransada özəl hərbi şirkətlərin fəaliyyətinin leqallaşdırılması kimi qiymətləndirilə bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə qarşı tərəfin istəyi əsasında telefon danışığı həyata keçirdi. Görüş zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, Ukrayna-Rusiya münaqişəsi, həm regional, həm də qlobal məsələlər müzakirə olundu. Ərdoğan danışıq zamanı Türkiyə ilə Fransa arasındakı əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğuladı və bu məqsədlə addımların davam etdiriləcəyini bildirdi. O, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülh yolu ilə sona çatması üçün maksimum səylər göstərdiyini qeyd etdi.

Fransa, Livanda Hizbullahın silahsızlaşdırılması, seçki qanunu ətrafında gedən daxili siyasi parçalanmalar və İsrailin gündən-günə artan təhdidləri fonunda ölkədə yaranan təhlükəli vəziyyəti yaxından izləyir. İsrailin hava və artilleriya zərbələrinin Livan ərazisinə qədər uzanması Parisdə ciddi narahatlıq yaradıb.

Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd əş-Şəraanı “İŞİD” terror təşkilatına qarşı beynəlxalq koalisiyaya qoşulmağa dəvət edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının prezident əş-Şəraa və daxili işlər naziri Ənəs Xitabın adlarını sanksiya siyahısından çıxarmaq qərarını alqışlayıb. Makron bu açıqlamanı Braziliyanın Belin şəhərində keçirilən iqlim konfransının kənarında suriyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə verib. Onun sözlərinə görə, Suriya “regionda terrorçu qruplara qarşı mübarizədə tam və effektiv tərəfdaş olmağa” dəvətlidir.

Azərbaycan və Fransa diplomatları arasında müzakirələr aparılıb. Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X" hesabında yazıb. "Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertran Buşvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokföy ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etmək üçün Bakıya səfər ediblər.