Fransa Prezidenti Emmanuel Makron Ukraynaya əlavə “Mirage” tipli qırıcı təyyarələr və “Aster” zenit raket sistemləri göndərəcəklərini açıqlayıb.
#Emmanuel Makron
Fransanın baş naziri Sebastien Lekornu yeni hökuməti formalaşdırıb.
Fransa Prezidenti Emmanuel Makron Qəzza danışıqları üçün bu gün Misirə səfər edəcək .
Fransanın Baş naziri Sebastien Lekornu prezident Emmanuel Makrona istefasını təqdim edib. Sebastien Lekornu vəzifəyə başlamasından cəmi bir ay keçməsinə baxmayaraq, istefa qərarı verib. Yeni hökumət qurulduqdan cəmi bir neçə saat sonra Lekornu istefasını açıqlayıb.
Bugün baş verən hadisələrin xronoloji xülasəsini təqdim edirik
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını diplomatiyaya üstünlük verməyə və qarşıdurmadan çəkinməyə çağırıb. Nazir bildirib ki, 2015-ci il nüvə anlaşmasında iştirak edən üç Avropa tərəfinə “lazımsız və qarşısı alına biləcək böhranın” yaranmaması üçün məntiqli və həyata keçirilə bilən plan təqdim edib.
Fransada təxminən 104 deputat ölkə prezidenti Emmanuel Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı təklifi imzalayıb. Bu barədə “Boyun əyməyən Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano "X" sosial şəbəkəsində yazıb. “‘Boyun əyməyən Fransa’, dənizaşırı ərazilərdən olan nümayəndələr, ekologiya və kommunist partiyalarının təmsilçiləri də daxil olmaqla ümumilikdə 104 deputat prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılmasına dair təklifi imzalayıb”, – deyə o bildirib.
Fransada dünən keçirilən Emmanuel Makron əleyhinə etiraz aksiyalarında 540 nəfər saxlanılıb. Bu həftə mərkəz sağçı Fransua Bayrunun hökumətinin süqutundan sonra Sebastyan Lekornu yeni baş nazir təyin edilib. Ölkə isə dünən Makronun siyasətlərinə qarşı kütləvi etirazlarla gündəmdə olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 müxtəlif nöqtədə keçirilən aksiyalara təxminən 200 min nəfər qatılıb.
Fransa prezidenti Emmanuel Makron Müdafiə naziri Sebastien Lekornyunu baş nazir təyin edib. Məlumata görə, yeni hökumət başçısına parlament partiyaları ilə, xüsusilə gələn ilin büdcə layihəsi ilə bağlı, qarşıdakı aylarda veriləcək qərarlar üçün mühüm əhəmiyyət kəsb edən razılaşmaların hazırlanması məqsədilə məsləhətləşmələr aparmaq tapşırılıb. Xatırladaq ki, bundan əvvəl Makron Fransua Bayrunun istefasını qəbul etmişdi. Sentyabrın 8-də parlament 364 əleyhinə 194 lehinə səslə Bayruya etimadsızlıq göstərərək onun dövlət borcunu azaltmaq üçün sərt qənaət kursunu rədd etmişdi. Etimadsızlıq səsverməsindən sonra Yelisey sarayı prezidentin baş nazirin istefasını qəbul etdiyini açıqlamışdı.
Fransa Prezidenti Emmanuel Makron, dünən Milli Məclisdə keçirilən etimad səsverməsində hökumətin etimadı qazana bilməməsinin ardından Baş nazir Fransua Bayrunun istefasını qəbul edib. Baş nazir Bayru istefasını Elysee Sarayında Prezident Makrona təqdim edib. Etimadsızlıq səsverməsində 364 deputat hökumətin əleyhinə, 194 deputat isə lehinə səs verib. 15 deputat isə bitərəf qalıb. Bu nəticə hökumətin süqutuna səbəb olub.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.