Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Qəzzada hər gün 100 mülki şəxsi ölür - BMT

    1 İyul 2025 09:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada hər gün 100 mülki şəxsi ölür - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail Qəzzada hər gün 100 mülki vətəndaşı öldürür.

    AzerVoice xəbər verir ki, Fələstinin BMT-dəki daimi nümayəndəsinin müavini Məcid Bamiye BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək İsrailin Qəzza zolağında hər gün orta hesabla 100 dinc sakini öldürdüyünü bəyan edib.

    O, İsrailin aclığı müharibə silahına çevirdiyini və bölgədə humanitar fəlakətə səbəb olduğunu bildirib.

    Bamiye çıxışında İsrailin Qəzzada mülki infrastrukturu – evləri, xəstəxanaları və yardım obyektlərini hədəfə aldığını qeyd edib. Onun sözlərinə görə, fələstinlilər bölgənin cəmi 16%-lik hissəsində yaşamağa məcbur edilir, bu isə Qəzzanı dünyanın ən sıx məskunlaşmış ərazisinə çevirib.

    Diplomat əlavə edib ki, fələstinlilər öz torpaqlarını tərk etməyə məcbur edilir, beynəlxalq hüquq isə bu cür zorakılıqları pisləyir. O, çıxışında qeyd edib ki, məsul şəxslər beynəlxalq hüquq qarşısında cavab verməlidir və problemin yeganə həlli yolu paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasıdır.

    Qeyd edək ki, Fələstin rəsmilərinin verdiyi məlumata əsasən, İsrailin 2023-cü il oktyabrın 7-dən indiyə qədərki hücumları nəticəsində Qəzzada azı 56 531 fələstinli həyatını itirib, 133 642 nəfər isə yaralanıb.

    #İsrail #Fələstin #Qəzza zolağı #BMT #humanitar böhran #Şərqi Qüds #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi #Qəzzada humanitar böhran 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    22 Avqust 2026 18:24

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.