Hindustan Times-ın məlumatına görə, “bulud partlayışı” nəticəsində baş verən leysan yağışlar Kiştvar rayonunu sular altında qoyub. Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər. Hadisə bölgədə ciddi dağıntılara səbəb olub, yolların və körpülərin bir hissəsi sıradan çıxıb. Təhlükəsizlik qüvvələri, xilasetmə dəstələri və yerli sakinlər itkin düşənləri tapmaq üçün işlərini davam etdirir.