#Beyrut

İsrailin Baş naziri Benyamin Netanyahu Livan hökumətinin bu ayın əvvəlində 2025-ci ilin sonuna qədər Hizbullahı silahsızlaşdırmaq barədə qəbul etdiyi qərarı “tarixi addım” kimi dəyərləndirib. Xatırladaq ki, ötən ilin noyabrında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatan İsrail–Hizbullah müharibəsindən sonra Beyrut ABŞ-ın təzyiqi altında qalıb.

Livan-Fələstin Dialoq Komitəsinin sədri səfir Ramiz Dəməşq yazılı açıqlamasında paytaxt Beyrutdakı Bürc əl-Bərəcinah Qaçqınlar Düşərgəsində silahların təhvil verilməsi prosesinin birinci mərhələsinin başladığını bildirib. Onun sözlərinə görə, bu addım dövlətin silah üzərində monopoliya qərarının icrası çərçivəsində həyata keçirilir. Dəməşq qeyd edib ki, proses qarşıdakı həftələrdə Bürc əl-Bərəcinah və digər düşərgələrdə də davam etdiriləcək. O, həmçinin silahların təhvilinin 21 may 2025-ci ildə Livan prezidenti Cozef Aun və Fələstin prezidenti Mahmud Abbas arasında keçirilən sammitdə qəbul olunmuş qərarların icrası ilə bağlı olduğunu vurğulayıb. Məlumata görə, geniş təhlükəsizlik tədbirlərinin görüldüyü proses çərçivəsində Livan ordusunun hərbi texnikası və əsgərləri düşərgəyə yerləşdirilib.

Barak dünən Beyrutda Livan prezidenti Cozef Aun ilə görüşündə atəşkəs razılaşmasının addım-addım həyata keçirildiyini qeyd edib. O, Livanın Hizbullahın tərksilahı ilə bağlı öhdəlik götürdüyünü, indi isə növbənin İsraildə olduğunu vurğulayıb. Səfirin sözlərinə görə, noyabrda əldə olunan razılaşma İsrail qoşunlarının Livandan tam çıxarılmasını nəzərdə tutsa da, hazırda beş sərhəd bölgəsində İsrail hərbçiləri qalmaqdadır. Jurnalistlərin geri çəkilmənin növbəti addım olub-olmayacağı ilə bağlı sualına isə Barak “məhz belədir” cavabını verib. O həmçinin Vaşinqtonun İsraillə təmaslarını davam etdirdiyini və yaxın həftələrdə prosesdə irəliləyiş ola biləcəyini qeyd edib.