Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Hİzbullah artıq Livana YÜKDÜR

    2 İyun 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hİzbullah artıq Livana YÜKDÜR
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA Analitik Təhlil Mərkəzi

    "Onlar müqavimətin silahını ələ keçirə bilməzlər." "Silah yalnız silahı qorumaq üçündür." "Hizbullahın silahını almağa cəhd edənlərin əlini kəsəcəyik."

    Bu ifadələr son iyirmi ildə Hizbullahın baş katibi Həsən Nəsrullahın dəfələrlə səsləndirdiyi bəyanatlardır. Ancaq elə həmin iyirmi il ərzində məhz Hizbullahın silahları Livan üçün fəlakətlər gətirdi, təkcə Livanla da kifayətlənmədi, regionun siyasi və təhlükəsizlik balansını da alt-üst etdi. Nəsrullahın Qəzza ilə həmrəylik adına açdığı yeni döyüş cəbhəsi isə, nəticədə onun və hərbi-siyasi rəhbərliyinin hədəfə alınmasına, öldürülməsinə gətirib çıxardı.

    Beynəlxalq ictimaiyyət, ərəb ölkələri və çoxsaylı livanlılar dəfələrlə vurğulayıblar ki, Livan qanunlarından kənarda fəaliyyət göstərən silahlı qruplar mövcud olduqca ölkənin dirçəlişi mümkün deyil. Son müharibədə İsrail qarşısında ağır məğlubiyyətə uğradıqdan sonra Hizbullah şərtsiz atəşkəsə razı oldu və BMT-nin 1701 və 1559 saylı qətnamələrinin icrasına faktiki şəkildə "bəli" dedi.
    Bu, əslində Hizbullahın 43 ildən sonra siyasi partiyaya çevrilməyə, məzhəbçi silahlı qrup statusundan çıxmağa razılıq verməsi demək idi. Bu razılaşmanın reallaşmasında ən yaxın müttəfiqi – Livan parlamentinin sədri Nəbih Bərri əsas rol oynadı.

    Lakin tarix təkrarlanır: Hizbullah 2006-cı ilin İyul müharibəsi başa çatandan sonra necə hərəkət edirdisə, indi də eyni davranır. Halbuki bölgədəki siyasi xəritə köklü şəkildə dəyişib. Partiyanın cənubda silahlarını təhvil verib, şimalda saxlamaq istəməsi əslində öz-özünü ittiham etməsidir. Bu o deməkdir ki, Hizbullah hələ də həmin silahı Livan xalqının üstünə tuşlamağa hazırdır. Məhz 2008-ci ilin may hadisələrində olduğu kimi, öz siyasi iradəsini zorla qəbul etdirmək üçün...

    2006-cı ilin İyul müharibəsi dövründə parlament sədri Bərri, Saad Həriri hökumətini "müqavimət hökuməti" adlandırırdı. Müharibə başa çatan kimi və BMT-nin 1701 saylı qətnaməsi qəbul ediləndə, siyasi düşərgələrdə tərəf dəyişdirildi. Bu dəfə isə Həririni "satqın" elan edib hökumətini devirmək və Beyrutun mərkəzində mitinqlərlə hərəkətliliyi iflic etmək üçün kampaniya başlatdılar.

    İllər ötdü, amma görünür, Hizbullahın siyasi təfəkkürü dəyişmədi. İndi hədəfdə Livanın yeni baş naziri, sabiq Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Nəvaf Salamdır. Salam vaxtilə İsrailin Fələstin ərazilərini uzun müddətdir işğal altında saxlamasını qanunsuz adlandırmışdı. Amma indi Hizbullah tərəfdarları onu "sionist" damğası ilə ləkələməyə çalışırlar.

    Nəvaf Salam son müsahibəsində "İranın inqilab ixracı dövrü başa çatıb" deyib. Bu, əslində yeni fikir deyil. İranın regiondakı silahlı qolları ard-arda zərbələr alıb, Tehran rejiminin ən mühüm dəhlizi sayılan Bəşşar Əsəd hakimiyyəti belə ciddi zəifləyib. İranda öz xalqının aclıq və səfalət içində yaşamasına baxmayaraq, xarici müharibələrə və silahlı qruplaşmalara külli miqdarda sərvət xərclənməsi əleyhinə səslər yüksəlməkdədir. Hətta Xamenei də daxil olmaqla İran rəhbərliyi artıq ABŞ-la (Tehranın leksikonunda "böyük şeytan") danışıq masasına oturmaq məcburiyyətində qalıb. Bu reallıqlar fonunda İranın hegemonluq iddialarının çökdüyünü demək təəccüblü deyil.

    Lakin Hizbullah parlament qrupunun rəhbəri Məhəmməd Rəd bu reallığı qəbul etmək əvəzinə, prezident Cozef Aunla görüşdən sonra Nəvaf Salama yönəlik "mən bu bəyanata şərh vermək istəmirəm" deməklə kifayətləndi. Amma əvəzində Hizbullahın media orqanları, o cümlədən "Əl-Mənar" telekanalı Salama qarşı həqarət və təhqir kampaniyasına başladı.

    Görəsən, Məhəmməd Rəd və partiyası anlamırmı ki, belə kampaniyalar nə ölkədəki reallığı dəyişəcək, nə də Livanın taleyini xilas edəcək? Livanı ağır durumdan çıxarmağın yeganə yolu Hizbullah silahının təhvil verilməsidir. Partiyanın bu inadkarlığı və bəzi livanlı rəsmilərin vəziyyəti yüngülləşdirmək cəhdləri faydasızdır. Çünki qatar artıq hərəkətə keçib və heç kəsi gözləməyəcək. Livan xalqı öz mövqeyini seçməli, Livan rəhbərləri isə tarix və millət qarşısında məsuliyyət daşımalıdır.

    #İran #Beyrut #Hizbullah #İranda seçkilər #İran XİN #Hizbullah tərəfdarlarının etirazı #Beyrut hava limanı yollar bağlandı #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və İran gərginliyi #İsrail və Hizbullah qarşıdurması #İran-İraq-Suriya dəhlizi #HƏMAS və Hizbullah əlaqələri #Nəvaf Salam hökuməti #İran dini bürokratiyası #Beyrut hava limanı #Beyrut hava limanı etirazları #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Hizbullah və Qəzza həmrəyliyi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Nəvaf Salam #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Beyrut limanı ilə oxşarlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    1 Sentyabr 2026 10:24

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    1 Sentyabr 2026 10:18

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39
    XƏBƏR LENTİ

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.