Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    "Silahlar danışmasa da, Hizbullahın mediası danışır: Ərəb ölkələri hədəfdə"

    13 May 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Silahlar danışmasa da, Hizbullahın mediası danışır: Ərəb ölkələri hədəfdə"
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Livan Prezidenti Aparatının Mətbuat Xidməti son günlərdə bəzi yerli media orqanlarında və sosial şəbəkələrdə ərəb ölkələrinə qarşı yayımlanan tənqid və təhqir xarakterli materiallara qarşı sərt reaksiya verdi. Bəyanatda jurnalistlər milli, hüquqi və etik məsuliyyətə çağırıldı, xüsusilə dost və qardaş ərəb ölkələrinə qarşı təxribat xarakterli informasiyalardan çəkinməyə çağırış edildi.

    İTTİHAMLAR "MÜQAVİMƏT" MEDİASINA , YƏNİ HİZBULLAHA YÖNƏLİR
    Ad çəkilməsə də, bəyanatın hədəfi, açıq şəkildə İran yönümlü "müqavimət mediası" idi. Bu media qurumları Livanla ərəb ölkələri arasında son vaxtlar müşahidə olunan siyasi yaxınlaşmanı pozmaq üçün fəaliyyətdə ittiham olunur. Xüsusilə də Hizbullahın silahsızlaşdırılması və dövlətin suverenliyi istiqamətindəki çağırışların gücləndiyi bir dövrdə bu media vasitələrinin ərəb ölkələrini hədəf alması təsadüfi sayılmır.

    SİLAH MƏSƏLƏSİ ƏTRAFINDA YENİ GƏRGİNLİK
    Mənbələrə əsasən, Livanda Hizbullahın silahlarının dövlətin nəzarətinə verilməsi mövzusu yenidən aktuallaşıb. Bu çağırışlar, Prezident Cozef Aunun seçilməsi və Nəvvaf Salamın hökumət başçısı təyin olunması ilə paralel olaraq artıb. Hizbullah isə bu prosesə media üzərindən cavab verir, ərəb ölkələrinə yönəlik tənqid və ittihamları gücləndirir.

    “SİLAHIN SƏNİ QORUYUR” – YENİ PROPAGANDA KAMPANİYASI
    Hizbullaha bağlı “Əl-Manar” televiziyası yeni vizual kampaniya başladıb: “Silahın atındır – onu qorusan, o da səni qoruyar”. Şüar altında hazırlanan posterlər, sosial media paylaşımları və açıq təbliğatlar, beynəlxalq ictimaiyyətin silahsızlanma tələblərinə qarşı çıxış kimi qiymətləndirilir.

    SİYASİ LİDERLƏRİN MÜDAFİƏSİ VƏ MEDİA HÜCUMLARI
    Hizbullahın tanınmış simalarından olan deputat Həsən Fəzzullah medianı hədəfə alaraq, silahsızlanma mövzusunda yayılan məlumatları "təxribat və psixoloji müharibə" adlandırıb. Hizbullahın əlaqə və koordinasiya bölməsinin rəhbəri Vəfiq Safa isə çıxışında deyib: “Silahsızlanma yalnız sosial şəbəkələrdəki spekulyasiyalarda var.” Onun fikrincə, bu mövzu yalnız İsrailin Livan ərazisindən tam çəkilməsi və orduya dəstək strategiyası qurulduqdan sonra müzakirə edilə bilər.

    HİZBULLAH RƏHBƏRLİYİNDƏN HƏDƏLƏR
    Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qamati isə bir qədər də sərt çıxış edərək “müqavimət silahına uzanan hər əli kəsəcəyik” deməklə dolayısıyla silah məsələsini müzakirə edənlərə qarşı açıq təhdid ifadə edib. Daha sonra bu ifadələrinin silahsızlanmanı dəstəkləyənlərə yönəldiyini açıqlayıb.

    MƏDİA ÜZƏRİNDƏ DAİMİ TƏZYİQLƏR
    Fevral ayında da Hizbullah deputatı İbrahim Musəvi “Əl-Manar” kanalına verdiyi müsahibədə Livan mediasını “vəziyyəti düzgün təqdim etməməkdə” ittiham etmiş, bəzi telekanalları “düşmənin təbliğatına xidmət etməkdə” suçlamışdı. Xüsusilə Cənub bölgəsindəki dağıntıların işıqlandırılmasını “müqavimətin nüfuzuna zərbə” kimi qiymətləndirmişdi.

    DAXİLİ MÜQAVİMƏTƏ MESAJ VERMƏK CƏHDİ
    Siyasi təhlilçilərə görə, bu media hücumları əslində Hizbullahın daxili auditoriyasına ünvanlanmış mesajlardır. Çünki partiya artıq beynəlxalq və regional səviyyədə silahsızlanmanın qaçılmaz olduğunun fərqindədir. Ona görə də hazırda baş verənlər “daxili auditoriyanı psixoloji olaraq bu reallığa hazırlamaq” üçün atılan addımlar kimi şərh edilir.

    Ərəb dünyasının Livanla əlaqələrini normallaşdırmaq səyləri davam edir. Prezident Cozef Aun və Baş nazir Nəvvaf Salam bu istiqamətdə konstruktiv dialoqu dəstəkləyirlər. Hizbullah isə dəyişən geosiyasi reallıqlar qarşısında, öz varlığını qorumaq məqsədilə informasiya cəbhəsində mövqe sərtləşdirməyə üstünlük verir. Lakin dövlətin suverenliyi və beynəlxalq təzyiqlər fonunda Hizbullahın silahlarının nəzarət altına alınması məsələsi artıq yalnız daxili müzakirə deyil, regional təhlükəsizlik gündəminin ayrılmaz hissəsinə çevrilib.

    #Beyrut #Hizbullah #hizb #Hizbullah tərəfdarlarının etirazı #Beyrut hava limanı yollar bağlandı #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #İsrail və Hizbullah müharibəsi #Hizbullah və Livan hökuməti #Beyrut hava limanı etirazları #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah liderinin dəfni #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Cözef Aun və Hizbullah #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır? #Beyrut limanı ilə oxşarlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi

    25 Avqust 2026 04:28

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    Livanın xarici işlər naziri İranı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

    20 Avqust 2026 21:05

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40
    XƏBƏR LENTİ

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.