BAKI,VOA, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi diplomatiya ilə hərbi sahənin milli maraqların qorunması istiqamətində koordinasiyalı fəaliyyət göstərdiyini bildirib.
VOA xəbər verir ki, Əraqçi bunu Təhsil rəhbərlərinin 39-cu Milli Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, diplomatiya ölkənin müdafiə və hərbi gücünə əsaslanaraq Silahlı Qüvvələrin əldə etdiyi nəticələri milli maraqların qorunması istiqamətində möhkəmləndirir.
Əraqçi 40 günlük müharibənin İran üçün mühüm hadisələrlə yadda qaldığını bildirib. O, Minab şəhərində Şəcərə Tayyibə məktəbinə endirilən raket zərbəsi nəticəsində 168 şagird və müəllimin öldüyünü deyib.
Nazir İranın müqavimətinin əsas amilləri sırasında ölkənin ali rəhbərliyinə inamı, milli birliyi və Silahlı Qüvvələrin güclü müdafiəsini qeyd edib.
Əraqçi, həmçinin İranın digər ölkələrlə təhsil və elmi əməkdaşlığının genişləndirilməsinin, eləcə də UNESCO kimi beynəlxalq platformalarda ölkənin fəal iştirakının davam etdiriləcəyini bildirib.