#zəlzələ fay xətti

Türkiyənin Balıkesir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 11:26-də (Bakı vaxtı ilə 12:26) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 6,72 kilometr olub. Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

Əlcəzairin şərqində yerləşən Tebessa şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Əlcəzair Astronomiya, Astrofizika və Geofizika Tədqiqatları Mərkəzi yeraltı təkanların episentrinin Neqrin rayonundan 10 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.

Türkiyənin Çanakkale vilayətində 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 09:01-də (Bakı vaxtı ilə 10:01) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 11,56 kilometr olub.

Türkiyənin Balıkesir vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 13:13-də (Bakı vaxtı ilə 14:13) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 7 kilometr olub. Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.

Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə saat 21:39) baş verib. Yeraltı təkanların ocağı 56,87 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Osmaniya vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyiy (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 17:45-də (Bakı vaxtı ilə 18:45) baş verib. Yeraltı təkanların ocağı 5,12 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda bu gün səhər saatlarında 3,5 və 4 bal gücündə iki yeraltı təkan baş verib. Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) saat 09:47-də episentri Sındırgı olan, 7 kilometr dərinlikdə 3,5 bal gücündə zəlzələ qeydə alındığını bildirib. Saat 11:11-də isə eyni bölgədə 8,4 kilometr dərinlikdə 4 bal gücündə ikinci təkan baş verib.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Balıkesirdə baş verən zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb. O, bölgədə aparılan araşdırmalar nəticəsində 152 binada yerləşən 265 müstəqil bölmənin ya tamamilə dağıldığını, ya da ağır zərər gördüyünü bildirib. Manisa vilayətində isə 41 binada yerləşən 53 müstəqil bölmənin ağır ziyan gördüyü müəyyən edilib.