#Kiberhücumlar

İranla bağlı qarşıdurma fonunda dövlətlə əlaqəli və aktivist haker qruplar ABŞ və İsrailə qarşı genişmiqyaslı kiber hücumlar həyata keçirir. Məlumata görə, ABŞ-ın tibbi texnologiya şirkəti “Strayker”in qlobal şəbəkəsi kiber hücum nəticəsində zərər görüb. Hücumun İranla əlaqəli “Handala” qrupuna aid olduğu iddia edilir.

İstanbulda OnlyFans platformasında əxlaqsız məzmun paylaşan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 16 şübhəli saxlanılıb, onlara məxsus 2 şirkət, 10 daşınmaz əmlak və 14 nəqliyyat vasitəsi üzərinə həbs qoyulub. İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” və “Əxlaqsızlıq” maddələri üzrə araşdırmaya başlayıblar.

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ölkə üzrə keçirilən kiber cinayət əməliyyatlarında 61 şübhəlinin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya X sosial media hesabında yayımladığı açıqlamada bildirib ki, Erzurum, Ankara, Van, Şanlıurfa, Ordu, Kahramanmaraş, Sinop, Ağrı və Giresun mərkəzli əməliyyatlarda, ümumilikdə 200 milyon lirəlik maliyyə dövriyyəsinə malik kiber şəbəkə çökdürülüb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkə üzrə kiber cinayətlərə qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 567 nəfərin saxlanıldığını, onlardan 209 nəfərin məhkəmə qərarı ilə həbs edildiyini bildirib. Nazir sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, 37 vilayətdə həyata keçirilən əməliyyatlar “onlayn uşaq müstəhcənliyi və təcavüzü”, “müxtəlif növ dələduzluq” və “qanunsuz mərc oyunları” kimi cinayətləri əhatə edib.

XXI əsrdə beynəlxalq qarşıdurmanın aparıcı forması hibrid müharibədir. Bu yeni reallıq artıq müharibə ilə sülh arasındakı sərhədləri silib. Ekspertlərin dediyinə görə, belə savaşlarda düşmən açıq hərbi müdaxiləyə əl atmadan gizli əməliyyatlar, diversiyalar, kiberhücumlar və separatçıların dəstəklənməsi kimi vasitələrdən istifadə edir. NATO-nun rəsmi yanaşmasında hibrid təhlükələr dedikdə, rəqibin eyni anda həm ənənəvi, həm də qeyri-ənənəvi vasitələrdən çevik şəkildə yararlanaraq siyasi-hərbi məqsədlərə çatmaq bacarığı nəzərdə tutulur. Azərbaycanın mürəkkəb geosiyasi mühitdə yerləşməsi bu problemi bizim üçün xüsusi aktuallığa çevirib.