#İstanbul

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müxalifətin son altı aydır bütün cəhdi ölkənin 23 ildə böyük bədəllər hesabına əldə etdiyi sabitlik və etimad mühitini zədələməyə yönəlib. Ərdoğan ölkənin 23 ildə qazandığı nailiyyətlərə diqqət çəkərək, “Siyasətdə sabitlik, iqtisadiyyatda etimad olduğu müddətcə Türkiyənin önü də, üfüqü də açıqdır” deyib və vətəndaşları həmrəyliyə çağırıb.

Haydərpaşa Limanından çıxacaq yedəkli yəni özü hərəkət edə bilməyən və başqa bir gəmi tərəfindən çəkilən gəmi) gəminin keçidi səbəbilə İstanbul Boğazında gəmi hərəkəti iki istiqamətli olaraq dayandırılıb. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, yedəkli gəminin təhlükəsiz keçidini təmin etmək məqsədilə boğazda gəmilərin hərəkətinə fasilə verilib. Bu cür keçidlər zamanı hərəkətin dayandırılması, mümkün təhlükələrin qarşısını almaq üçün standart tədbir hesab olunur.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb. AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib. Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.

İstanbul Küçükçəkməcə Rayon Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Can Holdinqə bağlı 121 şirkətin əmlakına həbs qoyulub və onlar Əmanətlərin Sığortalanması Fondunun (TMSF) idarəsinə verilib. Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) və digər nəzarət qurumlarının hesabatları əsasında müəyyən olunub ki, holdinq strukturu vasitəsilə mənşəyi bəlli olmayan pullar şirkət hesablarına köçürülüb, bu vəsaitlər müxtəlif şirkətlər arasında dövr etdirilərək gizlədilməyə çalışılıb və vergi öhdəliklərindən yayınmaq üçün saxta sənədlər tərtib edilib.

Türkiyənin İstanbul universiteti 211 növ cərrahi alətlərin satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Alətlər tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

İstanbulun Üsküdar rayonundakı kafe və restoranlar sentyabrın 12-də, cümə günü, gündəlik gəlirlərini Qəzzaya yardım məqsədilə ianə edəcəklər. Bu təşəbbüs bölgədə baş verən humanitar faciəyə diqqət çəkməyi hədəfləyir. “Üsküdardan Qəzzaya ürəklər körpüsü” adlı kampaniya İnsan Haqları və Azadlıqları Fondu (İHH), “Sadakataşı” Dərnəyi, “Deniz Feneri” Dərnəyi və Aziz Mahmud Hüdayi Fondu tərəfindən dəstəklənərək davam etdirilir.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatların nəticələrini açıqlayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslərin FETÖ-nün hazırkı şəbəkəsi daxilində aktiv olduğu, gizli əlaqələr saxladığı, təşkilatın nəzarətindəki qurumlara maliyyə dəstəyi göstərdiyi və sosial media üzərindən təbliğat apardığı müəyyən edilib.

İstanbul Başprokurorluğunun rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD silahlı terror təşkilatı ilə əlaqəli 19 nəfər saxlanılıb. Eyni zamanda, İŞİD tərəfdarları ilə əlaqədə olan, təşkilata dəstək xarakterli sosial media paylaşımları edən, təbliğat fəaliyyətlərində iştirak edən və gizli rabitə tətbiqlərindən istifadə etdiyi müəyyən edilən 9 nəfər də aşkarlanıb.

İstanbul Valiliyi, İsrailə dəstək açıqlamaları ilə tanınan Əlcəzair əsilli fransız müğənni Enriko Masyasın konsertinin keçirilməyəcəyini bildirib. Masyasın 5 sentyabr Cümə günü Harbiye Açıqhava Səhnəsində planlaşdırılan tədbiri, geniş ictimai etirazlar və boykot çağırışları səbəbilə rəsmən ləğv olunub. Valiliyin açıqlamasında qərarın, şəhərdə ictimai asayişin qorunması və potensial gərginliklərin qarşısının alınması məqsədilə verildiyi vurğulanıb. Sənətçinin konsertinə qarşı sosial mediada başlayan etiraz kampaniyaları, müxtəlif ictimai və mədəni qurumların da dəstəyi ilə sürətlə yayılmışdı. Bunun ardınca tədbirin ləğvi ilə bağlı tələb və çağırışlar gündəmə gəlmişdi.