#İstanbul

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.

2025-ci ilin mart ayından bəri davam edən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya araşdırmasında şübhəli şəxslərin sayı 330-a çatıb. İstintaq çərçivəsində İBB-nin bələdiyyə sədrinin müşaviri və İBB Medya AŞ-nin İdarə Heyətinin sədri Murat Ongun’un “müşaviri” kimi özünü təqdim edən Emrah Bağdatlı və iş adamı Murat Gülibrahimoğlu ilə birlikdə 10 şübhəlinin tutulması üçün əməliyyatlar davam etdirilir.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 18-24 avqust tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı”nı dərc edib. Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik 1635 uçuşla Avropanın ən sıx hava limanları siyahısında liderliyi ələ keçirib. Hesabatda qeyd olunur ki, İstanbul Hava Limanını gündəlik 1450 uçuşla Amsterdam Hava Limanı, 1432 uçuşla Paris Şarl de Qoll Hava Limanı, 1384 uçuşla Frankfurt Hava Limanı və 1346 uçuşla London Hitrou Hava Limanı izləyib. Bu göstəricilər İstanbulun Avropa aviasiya bazarında mühüm mövqeyini bir daha təsdiqləyir.

Türkiyənin Balıkesir vilayətində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. u barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

İstanbul Respublika Prokurorluğunun apardığı araşdırma çərçivəsində, İŞİD-in fəaliyyətlərinin aşkarlanması və qarşısının alınması məqsədilə əməliyyat keçirilib. Əməliyyatda İnterpolun qırmızı bülletenlə axtardığı və “xarici terrorçu döyüşçü” kimi qiymətləndirilən şəxslər də daxil olmaqla 9 şübhəli saxlanılıb. X platformasında yayılan məlumatlar, əməliyyatın Türkiyənin terrorla mübarizədə qətiyyətli addımlarını göstərdiyini vurğulayır. Qeyd edək ki, saxlanılan şəxslər arasında İŞİD-ə üzv olmaq, təşkilatın təbliğatını aparmaq və potensial hücumlar planlaşdırmaqda şübhəli bilinənlər var. Qalan 6 şübhəlinin saxlanılması üçün işlər davam etdirilir.

İstanbulun Esenler və Bağcılar rayonlarında həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı polis əməkdaşları tərəfindən 750 min ədəd narkotik həb ələ keçirilib, 3 nəfər şübhəli saxlanılıb. Açıqlamada bildirib ki, əməliyyat zamanı hədəf olaraq 1 avtomobil və 4 ünvan müəyyənləşdirilib.

İstanbulda yerləşən Haydarpaşa Limanında bu gün səhər saatlarında yanacaq doldurma gəmisində yanğın qeydə alınıb. Məlumata görə, gəminin anbar hissəsində başlayıb. Hadisə şahidlərinin verdiyi məlumat əsasında əraziyə dərhal yanğınsöndürmə briqadaları, polis və təcili tibbi yardım qrupları göndərilib.

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 41 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 88 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 18 milyon 912 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 65 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Misir kapitalı ilə 35 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 48 milyon 920 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 102 milyon 760 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (34) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 28 milyon 920 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.