Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Can Holdinqə böyük əməliyyat - Habertürk və Show TV müsadirə olunub

    11 Sentyabr 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Can Holdinqə böyük əməliyyat - Habertürk və Show TV müsadirə olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    İstanbul Küçükçəkməcə Rayon Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Can Holdinqə bağlı 121 şirkətin əmlakına həbs qoyulub və onlar Əmanətlərin Sığortalanması Fondunun (TMSF) idarəsinə verilib.

    AzerVoice xəbər verir ki, prokurorluğun açıqlamasına görə, holdinq rəhbərliyi tərəfindən “cinayətkar təşkilat yaratmaq, dələduzluq, qaçaqmalçılıq və çirkli pulların yuyulması” kimi ittihamlarla araşdırma aparılır.

    Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) və digər nəzarət qurumlarının hesabatları əsasında müəyyən olunub ki, holdinq strukturu vasitəsilə mənşəyi bəlli olmayan pullar şirkət hesablarına köçürülüb, bu vəsaitlər müxtəlif şirkətlər arasında dövr etdirilərək gizlədilməyə çalışılıb və vergi öhdəliklərindən yayınmaq üçün saxta sənədlər tərtib edilib.

    Prokurorluq bildirib ki, qurulan şəbəkə Kemal Can və Mehmet Şakir Can rəhbərliyində fəaliyyət göstərib, şirkətlər arasında tez-tez idarə heyəti dəyişdirilərək məsuliyyətin yayındırılması məqsəd qoyulub.

    Əl qoyulan qurumlar arasında Habertürk TV, Show TV, Bloomberg HT telekanalları ilə yanaşı, Doğa Kolleci və Bilgi Universiteti də var. Bu qurumlar 2024-cü ilin dekabrında Turqay Ciner tərəfindən Can Holdinqə satılmışdı.

    İstanbul Jandarma İdarəsinin keçirdiyi əməliyyat çərçivəsində 10 nəfər barəsində həbs qərarı çıxarılıb və onlar saxlanılıb. Əməliyyat zamanı çoxsaylı sənədlər və rəqəmsal materiallar müsadirə olunub.

    “Can Holdinq strukturu vasitəsilə qeyri-qanuni gəlirlər müxtəlif sahələrə yönləndirilib, bu yolla həm çirkli pulların yuyulması, həm də ictimai nüfuz qazanmaq hədəflənib”- deyə Prokurorluq əməliyyatın məqsədini belə açıqlayıb.

    #Türkiyə #İstanbul #İstanbul Baş Prokurorluğu #Çirkli pulların yuyulması #Can Holdinq əməliyyatı #Habertürk TV müsadirə #Show TV müsadirə #İstanbul Prokurorluğu əməliyyat #vergi qaçaqmalçılığı Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    6 İyun 2026 19:30

    Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

    6 İyun 2026 14:31

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    4 İyun 2026 16:48

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    4 İyun 2026 06:00

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    3 İyun 2026 14:54

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    3 İyun 2026 11:23

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48

    Türkiyəli deputatlar Milli Məclisdə olublar

    2 İyun 2026 20:27

    Donald Tramp NATO Zirvəsinə qatılmağı planlaşdırır - Hakan Fidan

    2 İyun 2026 16:13
    XƏBƏR LENTİ

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.