#İstanbul

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birgə həyata keçirilən əməliyyat nəticəsində İsrail gizli xidməti MOSSAD-a məlumat ötürən vəkil Tuğrulhan Dip tutulub.

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində 13 nəfər saxlanılıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 15 şübhəlinin terror təşkilatı ilə əlaqəli olduqları və xarici münaqişə bölgələri ilə irtibatlarının olduğu müəyyən edilib.

İstanbulda yerləşən Bahçelievlər bələdiyyəsi 600 min litr dizel, 30 min litr benzin və 8 min litr Adblue (dizel mühərriklərinin daha təmiz işləməsi üçün “ekoloji maye”) məhsulunun alınması nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq

Eyüpsultan rayonunda, TEM magistralının 5-ci Levent ərazisində 17 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəza səbəbindən magistralın həm Edirnə, həm də Ankara istiqamətlərində ciddi tıxaclar yaranıb. Rəsmi məlumatlara görə, toqquşmada iştirak edən bütün nəqliyyat vasitələri müxtəlif dərəcədə ziyan görüb.

İstanbul Universiteti 16 növ laboratoriya cihazı və materialının alışı üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihazlar tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil alınacaq. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

İstanbul mərkəzli 19 şəhərdə keçirilən genişmiqyaslı əməliyyatla, xaricilərə saxta əmlak satışı yolu ilə Türkiyə vətəndaşlığı qazandıran cinayət şəbəkəsi çökdürülüb. Yerlikaya, təşkilat üzvlərinin “Cinayət törətmək məqsədilə təşkilat qurmaq, təşkilata üzv olmaq, miqrant qaçaqmalçılığı, cinayət yolu ilə əldə edilmiş əmlakı yuma, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması” kimi ittihamlarla araşdırıldığını vurğuladı.

2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 18 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 11 milyon 485 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 31 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı ilə keçirilən festivalda bu il 58 əsas və 137 alt kateqoriya üzrə yarışmalar keçirildi. Yarışmalara 565 mindən çox komanda və 1,1 milyon iştirakçı müraciət etdi. Final mərhələsinə yüksələnlər isə ümumilikdə 65 milyon lirədən çox mükafatla təltif olundu.

Türkiyədə “Spor Şehri İstanbul” layihəsi çərçivəsində məktəblərdə fəaliyyət göstərən idman klublarına dəstək məqsədilə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İdman ləvazimatları tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil alınacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müxalifətin son altı aydır bütün cəhdi ölkənin 23 ildə böyük bədəllər hesabına əldə etdiyi sabitlik və etimad mühitini zədələməyə yönəlib. Ərdoğan ölkənin 23 ildə qazandığı nailiyyətlərə diqqət çəkərək, “Siyasətdə sabitlik, iqtisadiyyatda etimad olduğu müddətcə Türkiyənin önü də, üfüqü də açıqdır” deyib və vətəndaşları həmrəyliyə çağırıb.