#ikitərəfli əməkdaşlıq

Ankara bu gün Fələstin Dövlət Başçısı Mahmud Abbası qarşılayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan Mahmud Abbası rəsmi mərasimlə qəbul edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mahmud Abbas ilə görüşmədən əvvəl "Şəhid Ailələri, Qazilər və Qazi Ailələrinin Dövlət Qurumlarına yerləşdirilməsi üzrə Püşkatma Mərasimi"ndə iştirak edəcək. Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək mərasim saat 15:00-da başlayacaq.

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib. Azərbaycan-ABŞ münasibətlərinin tarixi, bir sıra, o cümlədən təhlükəsizlik, enerji sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə, xüsusilə cari ilin avqust ayında baş tutan ali səviyyəli səfər və təmasların münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İordaniya Kralı II Abdullah Astanada dar tərkibdə danışıqlar aparıblar. Tokayev, ilin əvvəlində Əmman şəhərinə etdiyi səfəri məmnuniyyətlə xatırladığını bildirib. Kral II Abdullahın Qazaxıstana rəsmi səfərinin əsas səbəbi Astananın ev sahibliyi edəcəyi Qazaxıstan–İordaniya biznes forumu olacaq.

Tehranda Bağ-e Ziba şəhərciyində yerli və beynəlxalq mətbuat nümayəndələri ilə görüşən Salihi, İran prezidenti Məsud Pezeşkianın “qonşularla bir ailəyik” ifadəsinə istinad edərək, Türkiyə ilə münasibətlərin bütün sahələrdə yaxşı olduğunu və illərdir davam etdiyini vurğulayıb. Salihi, mərhum prezident İbrahim Rəisinin ölümü və İrandakı son hadisələr səbəbindən 2025-ci il Türkiyə-İran Mədəniyyət İli proqramlarının tam icra olunmadığını, lakin təxirə salınan tədbirlərin kompensasiya ediləcəyinə ümid etdiyini qeyd edib. O, “Türkiyə ilə proqramlarımız geniş və dərindir. Kitab sərgiləri və təqaüd proqramlarında türk dostlarımızla yaxşı əməkdaşlıq etmişik,” deyərək, media və mədəniyyət sahəsində daimi qarşılıqlı əlaqələrin olduğunu bildirib.

Türkiyə olaraq Suriya xalqının yanında olmağa və onların iradəsini dəstəkləməyə davam edəcəyik. Bu sözlər Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşündən sonra "X" sosial şəbəkəsində yaydığı paylaşımda yer alıb.