#İkitərəfli görüşlər

Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt, nüvə enerjisi, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə 7 memorandum imzalayıblar. Cənubi Koreya Prezidenti Li Çje Myon və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan Abu Dabidə görüşüblər. Li Çje Myon BƏƏ-ni “qardaş ölkə” adlandıraraq, ölkəsinin BƏƏ ilə “əsrlik dostluq qurmaq üçün geniş əməkdaşlığa hazır olduğunu” bildirib.

İran Xarici İşlər Naziri Abbas Əraqçi və Hakan Fidan ikitərəfli münasibətləri və regional inkişafları müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Əraqçi Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılması üçün aparılan səyləri yüksək qiymətləndirib və İslam Respublikası İranın bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. O, həmçinin hərbi təyyarə qəzasında həyatını itirən türk vətəndaşlarının ailələrinə başsağlığı verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdülhamid Dibeybe ilə telefonla görüşüb. Görüşdə Türkiyə ilə Liviya arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Kommunikasiya İdarəsi məlumat yayıb ki, Prezident Ərdoğan Liviya Baş naziri Dibeybe ilə telefon danışığı aparıb.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan 2 noyabr 2025-də İraqa rəsmi səfər edəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlər və bölgədəki aktual inkişaflar müzakirə olunacaq. Xarici İşlər Nazirliyinin mənbələrinin verdiyi məlumata görə, Nazir Fidan son dəfə 10 oktyabr 2025-də Ankarada İraq Baş nazirinin müavini və Xarici İşlər naziri Fuad Hüseyin ilə Su Ehtiyatları naziri Avn Diyab Abdullahı qəbul etmişdi. Bu dəfə Fidanın Bağdada həyata keçirəcəyi səfər həmin görüşdən üç həftə sonra baş tutacaq.

Almaniyanın kansleri Fridrix Mersin 29 oktyabr axşamı Türkiyəyə səfər edəcəyi və 30 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib. Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille Berlində keçirilən mətbuat konfransında açıqlayıb ki, Baş nazir Fridrix Mers 29 oktyabrda Türkiyəyə səfər edəcək və ertəsi gün Prezident Ərdoğanla görüşəcək.

İraq Baş naziri Məhəmməd Şiəəs-Sudani bu gün (çərşənbə günü) bəyan edib ki, İraq hökuməti ABŞ-la ikitərəfli əməkdaşlığın davamlı dinamikasını qorumağa və son aylarda əldə edilmiş razılaşma və anlaşmaların icrasını davam etdirməyə böyük önəm verir. Sudani bu fikirləri ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı səsləndirib. İraq hökumətinin yaydığı bəyanata görə, baş nazir bildirib ki, hökumət iqtisadi əlaqələri genişləndirmək, cəlbedici investisiya mühitini inkişaf etdirmək, həmçinin ABŞ şirkətlərinin İraqda fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmaq istiqamətində çalışır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfəri çərçivəsində Qətərdə səfərdədir. Səfər zamanı o, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə paytaxt Dohada görüş keçirib. Əmirlik Divanında baş tutan görüş mətbuata qapalı şəraitdə keçirilib. İkili görüşdən sonra nümayəndə heyətləri arasında danışıqlar aparılacaq və müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur.

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə söyləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-da keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşdüyünü açıqlayıb. Zelenski, Telegram hesabında yayımladığı paylaşımda görüş zamanı Ukrayna və Suriyaya yönələn təhlükəsizlik təhdidlərinin, bu təhdidlərə qarşı birgə mübarizə yollarının və iki ölkə arasındakı əməkdaşlığın müzakirə edildiyini bildirib.