#Budapeşt

UEFA 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyunlarının məkanlarını təsdiqləyib. UEFA İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclasında qəbul edilən qərara görə, kişilər arasında final Atletiko Madrid klubunun 70 min tamaşaçı tutumuna malik Metropolitano stadionunda keçiriləcək. Stadion 2019-cu ildə Liverpulun Tottenhemi 2:0 hesabı ilə məğlub edərək kuboku qazandığı finala da ev sahibliyi etmişdi. Bu, Madridin Çempionlar Liqası finalına altıncı dəfə ev sahibliyi etməsi olacaq.

Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra Ukraynaya çoxmillətli qüvvələrin göndərilməsi ideyasını gündəmə gətirib. ABŞ ordusunun quru qoşunlarını yerləşdirməyəcəyini bildirən Tramp, hava hücumundan müdafiə, döyüş təyyarələri və kəşfiyyat imkanları ilə Avropa qoşunlarını dəstəkləmək variantlarını nəzərdən keçirdiklərini vurğulayıb. Müzakirələrdə Putinin iştirakı ilə sammit üçün üç şəhərin adı çəkilir: Budapeşt, Cenevrə və Moskva. Macarıstanın seçilməsi Zelenski üçün riskli hesab olunur, çünki baş nazir Viktor Orban Putinin yaxın müttəfiqi sayılır. Fransa prezidenti Emmanuel Makron isə Cenevrəni ən uyğun seçim kimi təqdim edib. Rusiya isə sammitin Moskvada keçirilməsini gündəmə gətirib.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto hücumdan sonra Rusiya neftinin Macarıstana nəqlinin dayandığını açıqlayıb. O, “Ukrayna yenidən Macarıstana gedən neft kəmərinə hücum edərək, ölkəmizə neft axınının kəsilməsinə səbəb oldu. Bu, enerji təhlükəsizliyimizə qarşı qəbuledilməz bir hücumdur” - deyə bildirib. Nazir əlavə edib ki, məsələ ilə bağlı Rusiya energetika nazirinin müavini Pavel Sorokin ilə danışıb və rusiyalı mütəxəssislərin transformator stansiyasının tezliklə işə bərpa olunması üçün çalışdıqlarını qeyd edib. Lakin neft nəqlinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.