#İran nüvə sazişi

Parlament ötən ay nüvə obyektlərinin gələcək yoxlanışlarının yalnız Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə aparılmasını nəzərdə tutan qanun qəbul edib. Bu addım Qərbə və Atom Enerjisi Agentliyinə təzyiq vasitəsi kimi dəyərləndirilir. Hazırda Şuraya bağlı bir alt komitə və Müdafiə Nazirliyi nüvə obyektlərinin təhlükəsizliyini təmin edir, faktiki olaraq isə bu iş SEHAPın xüsusi bölməsinə məxsusdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirilən mətbuat konfransında 2015-ci il Nüvə Sazişinə istinadla bildirib ki, əgər Avropa ölkələri – Böyük Britaniya, Fransa və Almaniya – BMT sanksiyalarını yenidən tətbiq etməyə çalışsalar, bu, siyasi təzyiq və razılaşmanın sonu kimi dəyərləndiriləcək.