#Dünya Bankı

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatında növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Dünya Bankı Avropa və Orta Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə aparılan görüşdə ilkin mərhələdə 6 milyard dollarlıq maliyyə paketi üzərində işlərə start verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Nazir sosial media paylaşımında bildirib ki, maliyyə vəsaiti yüksək voltajlı elektrik ötürmə yatırımlarında istifadə olunacaq və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi 120 min meqavatlıq günəş və külək enerjisi hədəfinə töhfə verəcək.

Özbəkistanda “Yoxsulluqdan rifaha doğru” mövzusunda Yoxsulluğun Azaldılması üzrə III Beynəlxalq Forum keçirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin çıxışı ilə öz işinə başlayan Forum Panel sessiyalarda müzakirələrlə davam edib. Forumda BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, həmçinin müxtəlif ölkələrdən nümayəndələr və ekspertlər iştirak ediblər. “Qlobal Əməkdaşlıq və Tərəfdaşlıq: Beynəlxalq təşkilatların və regional əməkdaşlığın yoxsulluğun azaldılmasının sürətləndirilməsində rolu” mövzusunda təşkil olunan panel sessiyada Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edib.

Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.

Dünya Bankının Azərbaycana davam edən texniki dəstəyi çərçivəsində və yerli tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində Gəncə şəhərində yerləşən “Azeraluminium” MMC-nin istehsalat obyektində enerji auditi həyata keçirilib. Bankın məlumatına görə, audit ölkədə sənayenin karbonsuzlaşdırılmasının təşviqinə ümumi səyin bir hissəsi olaraq aparılıb.