Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

    22 Dekabr 2025 18:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatında növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.

    AzerVoice xəbər verir ki, işçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev gündəlikdə duran məsələlərə dair məlumat verib, həmin məsələlərin ən optimal formada icrasına diqqət çəkib.

    Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr barədə danışıb. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də kommunikasiya işləri istiqamətində tədbirlərin istehlakçı məmnuniyyətini artırdığını, biznes mühitini daha da yaxşılaşdırdığını qeyd edib.

    İşçi qrupun rəhbərinin müavini, “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov vurğulayıb ki, Dünya Bankının “Enterprise Survey 2024” nəticələrinə görə Azərbaycan 368 müəssisənin iştirakı ilə keçirilmiş sorğuda elektrik enerjisi ilə bağlı əsas indikatorlarda regionun bir çox ölkələrinə nisbətən daha yaxşı nəticələr nümayiş etdirib. Xüsusilə, elektrik kəsintilərinin tezliyi və davametmə müddəti üzrə göstəricidə ölkəmiz ən yüksək nəticəyə nail olub.

    İclasın gündəliyinə uyğun olaraq “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin icra vəziyyəti barədə məlumat təqdim olunub, cari il üzrə qarşıya qoyulmuş bütün hədəflərə çatıldığı qeyd edilib. Bununla bərabər 2026-cı il üçün Yol Xəritəsi layihəsi müzakirə edilib, iştirakçıların layihəyə dair rəy və təklifləri toplanıb.

    Sonda 2026-cı il üçün Yol xəritəsi layihəsinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim edilməsi barədə qərar qəbul edilib.

    #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #İqtisadiyyat Nazirliyi #Dünya Bankı #Energetika Nazirliyi #Samir Vəliyev #Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) #Enerji Məsələlərini Tənzimləmə Agentliyi #Dövlət Səhərsalma və Arxitektura Komitəsi #Azərişıq ASC #Elektrik təchizatı şəbəkələrinə qoşulma #Vüsal Şıxəliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin Strateji Neft Ehtiyatı 40 ildən sonra ilk dəfə 300 milyon barreldən aşağı düşüb

    10 Avqust 2026 22:35

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

    3 Avqust 2026 18:03

    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

    27 İyul 2026 18:11

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    22 İyul 2026 19:51

    İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb

    17 İyul 2026 18:24

    Avropa İttifaqı Qəzza üçün 1 milyard dollarlıq yardım təşəbbüsü başladıb

    13 İyul 2026 18:40

    Mikayıl Cabbarov Rumıniya Prezidentinin müşavirini qəbul etdi

    18 İyun 2026 16:24

    Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək: 1500-dən çox iştirakçı gözlənilir

    15 İyun 2026 22:17

    Trampın Qəzza üçün yaratdığı “Sülh Şurası” fonduna vəsait daxil olmayıb

    27 May 2026 20:40

    Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

    26 May 2026 16:38

    İstanbulda “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin növbəti iclası keçirilib

    22 May 2026 19:16
    XƏBƏR LENTİ

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.