Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər / Gündəm
    Gündəm

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir

    29 Noyabr 2025 12:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Pekin şəhərində yüksək səviyyəli görüşlər keçirib.

    AzerVoice xəbər verir ki, Səfər Çin Hökumətinin Avropa məsələləri üzrə sabiq Xüsusi Nümayəndəsi, səfir Vu Honqbo ilə görüşlə başlayıb. Daha sonra Tsinghua Universitetinin Manfsild Friman professoru, “Çin və Dünya İqtisadiyyatı Mərkəzi”nin (CCWE) direktoru, tanınmış iqtisadçı Li Daokui, eləcə də Mərkəzin İdarə Heyətinin üzvü və Şvartsman Kollecinin İcraçı dekanı Dr. David Pan ilə görüşlər keçirilib.Görüşlər zamanı əməkdaşlıq imkanları, eləcə də XIII Qlobal Bakı Forumunda Çin nümayəndələrinin iştirakı müzakirə olunub.

    Səfərin növbəti günündə nümayəndə heyəti Çin Xalq Xarici İşlər İnstitutunun prezidenti Vu Ken və institutun vitse-prezidenti Yan Tao ilə görüşüb. Tərəflər humanitar dialoq, qlobal məsələlərdə hər iki qurumun birgə fəaliyyət perspektivləri və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

    Proqram çərçivəsində Dünya Bankının sabiq baş iqtisadçısı və baş vitse-prezidenti professor Justin Yifu Lin ilə görüş də keçirilib. Regional iqtisadi tendensiyalar və dayanıqlı inkişaf strategiyalarının müzakirəsinin ardından, görüşdə həmçinin 2026-cı ildə keçiriləcək XIII Qlobal Bakı Forumu, Ümumdünya Şəhərsalma Forumu və Mərkəzin BMT çərçivəsində təşkil etdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

    Pekin görüşləri NGBM-in Çin tərəfdaşları ilə strateji əlaqələrinin daha da möhkəmlənməsinə və Mərkəzin qlobal dialoqun təşviqində rolunun genişlənməsinə mühüm töhfə verib.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir
    #Avropa #BMT #Dünya Bankı #Pekin #Nizami Gəncəvi Beynəlxalq Mərkəzi #Vu Honqbo #CCWE #Li Daokui #XIII Qlobal Bakı Forumu #Vu Ken #Justin Yifu Lin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    25 Avqust 2026 21:50

    Çinin “Tianqun” robotu 100 metri 9 saniyədən az müddətdə qət edib

    25 Avqust 2026 17:54

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    ABŞ-nin İrana qarşı yeni sanksiyalarında əsas sınaq Çin olacaq

    24 Avqust 2026 18:33

    Fələstin məsələsi Yaxın Şərq probleminin mərkəzində dayanır - Si Cinpin

    24 Avqust 2026 18:22

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    24 Avqust 2026 16:29
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.