#Qazaxıstan

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz artaraq, 32 milyon 42 min dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq, 3 milyon 65 min 48 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

Tərəflər türk ölkələri arasında mədəniyyət və irs sahəsində əməkdaşlığı tənzimləyəcək normativ-hüquqi bazanın hazırlanması barədə razılığa gəlib, həmçinin 2026-cı ildə keçiriləcək mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş Beynəlxalq Konfrans çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 398 milyon 47 min 32 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz azalaraq, 27 milyon 744 min 66 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 14 milyard 219 milyon 509 min dollara bərabər olub.

Qazaxıstan 2025-ci ilin sonuna kimi “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin Aktau aeroportu yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırma üzrə hesabat təqdim edəcək. Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.

Bakıda Gülüstan sarayında Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi keçirilir. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 32 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. Bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. Canni İnfantinonun paylaşımını diqqətinizə çatdırırıq: 2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam.