#Qazaxıstan

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz azalaraq, 41 milyon 321 min 97 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,5 faiz azalaraq, 3 milyon 416 min 40 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 6 milyard 581 milyon 163 min dollara bərabər olub.

Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın əsas enerji tandeminə çevrilmək üçün daha bir inamlı addım atır. Qlobal oyunçuların artan marağı fonunda iki ölkə getdikcə daha qətiyyətlə öz resurslarına və bir-birinə güvənərək regional gündəmi öz maraqlarına uyğun formalaşdırırlar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxınlarda Daşkəndə səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığı yeni nəfəs aldı.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq, 216 milyon 106 min 88 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artaraq, 26 milyon 544 min 53 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 26 milyard 958 milyon 84 min dollara bərabər olub.

Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz azalaraq, 6 milyon 4 min 18 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz artaraq, 581 min 68 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.

Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler, rəsmi səfərdə Ankarada olan Qazaxıstan Müdafiə Naziri Dauren Kosanov ilə bir araya gəldi. Nazir Güler, Qazaxıstanlı həmkarını bakanlıqda rəsmi mərasimlə qarşıladı. Görüşdə iki ölkənin milli marşları səsləndirildi və Kosanov onur dəstəsini salamladı. Rəsmi mərasimin ardından Türkiyə və Qazaxıstan müdafiə nazirləri mətbuata qapalı olaraq danışıqlar apardılar.

15 noyabr 2025-ci il tarixində Polşaya rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Radio Wnet-ə geniş müsahibə verib. Xanım A.Raimkulova xatırladıb ki, Fond 2012-ci ildə Azərbaycanın Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. O, mədəni diplomatiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Fond Polşa, Litva və Rumıniya kimi ölkələrdə yaşayan Türk icmaların irsinin araşdırılması və qorunmasına xüsusi önəm verir. Səfəri çərçivəsində Fond rəhbəri məhsuldar görüşlərin keçirildiyi Belostok şəhərini də ziyarət edib.