2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 50 milyon 924 min 54 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalaraq, 2 milyon 265 min 21 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.
#Qazaxıstan
Tokayev qeyd edib ki, Qazaxıstan müstəqilliyini möhkəmləndirmək istiqamətində birlik, qarşılıqlı dəstək, məhsuldar əmək və sosial sabitlik sayəsində mühüm irəliləyişlərə nail olub. Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bəşəriyyət mürəkkəb çağırışlarla yanaşı yeni imkanlarla səciyyələnən yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısı vətəndaşları gələcəyə optimizm və ümidlə baxmağa çağırıb. O bildirib ki, gənc və dinamik dövlət kimi Qazaxıstan səylərini birləşdirərək ölkənin rəqabətqabiliyyətini və beynəlxalq mövqeyini daha da gücləndirməlidir.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azalaraq, 94 milyon 922 min 75 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,8 faiz artaraq,9 milyon 758 min 52 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 705 milyon 20 min 14 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 49 milyon 681 min 74 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.
Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu sahəni Birliyin qlobal iqtisadiyyatdakı rolunun daha da gücləndirilməsində əsas amil hesab edir.
Qazaxıstan ilə İran hökumətləri arasında xarici işlər nazirliklərinin əməkdaşlıq proqramı ilə yanaşı, qarşılıqlı hüquqi yardım, nəqliyyat və logistika, yük daşımaları, ədliyyə, səhiyyə, mədəniyyət və media kimi sahələri əhatə edən 8 əməkdaşlıq sazişi imzalanıb. İran Prezidenti Mesud Pezeşkian rəsmi səfər çərçivəsində Qazaxıstana gedib. Pezeşkian üçün paytaxt Astananın Akorda Prezident Sarayında rəsmi qarşılama mərasimi təşkil olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezienti Aktotı Raimkulova Türküstan şəhərində keçirilən və hüquqşünaslar, filosoflar, tarixçilər, hüquq ekspertləri, təhsil işçiləri və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 300-dən çox iştirakçını bir araya gətirən «BÖYÜK ÇÖLÜN FƏLSƏFƏSİ VƏ HÜQUQ ƏNƏNƏSİ» başlıqlı BEYNƏLXALQ SİMPOZİUMUNDA çıxış edib. Simpozium elmi fikir mübadiləsi, müasir hüquq ənənəsinin təhlili və türk dünyasının ortaq hüquq-fəlsəfi mirasının müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirilib.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 240 milyon 604 min 59 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz artaraq, 24 milyon 497 min 71 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.
E.Akbarovun sözlərinə görə, Qazaxıstan ərazisində doqquz uran hövzəsi mövcuddur. Onların arasında ən böyük ehtiyatlara malik Şu–Sarısu və Sır-Dərya hövzələri əsasən hidrogeoloji yataqlar kimi qiymətləndirilir. Digər hövzələrdə isə sərt faydalı qazıntılar üstünlük təşkil edir. Hazırda Senatda “Yer təki və yer təki istifadəsi haqqında” Qazaxıstan Respublikasının Məcəlləsinə dəyişikliklər birinci oxunuşda müzakirə olunur. Təşəbbüs bu sahədə idarəetmənin təkmilləşdirilməsi, xüsusilə də karbohidrogenlər və uran üzrə yataqların səmərəli istifadəsinə yönəlib.
“Hadisə ilə bağlı araşdırma 2 hissəyə bölünür. Cinayət işi çərçivəsində aparılan hissə var ki, onu Baş Prokurorluq həyata keçirir. Onlar bu istiqamətdə Rusiya və Azərbaycandan olan həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin apardığı araşdırmaya aiddir. Nazirlik araşdırmanın yekun mərhələsindədir, ona görə də hazırda biz lisenziya sahiblərindən və texnologiya təminatçılarından – aeronaviqasiya cihazları və digər avadanlıqlarla bağlı – yekun rəyin verilməsini gözləyirik”, – deyə o, Məclisin (parlamentin aşağı palatasının-red.) iclası öncəsi jurnalistlərə bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fələstin Prezidenti Mahmud Abbası rəsmi səfər çərçivəsində ölkəsinə dəvət edib. Qazaxıstan Prezident Aparatının açıqlamasına görə, Tokayev paytaxt Astanada danışıqlar aparan Fələstin Prezidentinin müşaviri və Ali Məhkəmənin hakimi Mahmud Habaşı qəbul edib. Akorda Prezident Sarayında keçirilən görüşdə Tokayev Qazaxıstan və Fələstin arasında münasibətlərin dostluq, qarşılıqlı dəstək və hörmət ruhunda inkişaf etdiyini bildirib.