#Zəlzələ diplomatiyası

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində ümumilikdə 52 nəfər xəsarət alıb. Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib. Nazir zəlzələdən zərərçəkənlərin müalicə olunduğu xəstəxanalara baş çəkərək, yaralıların vəziyyəti ilə bağlı məlumat alıb. O, daha sonra Atatürk Şəhər Xəstəxanasında jurnalistlərə açıqlama verib. Kemal Memişoğlu bildirib ki, xəsarət alanlardan 29-u xəstəxanada yatızdırılaraq və müşahidə altında müalicə alır.

Ankaranın Etimesqut rayonunda səhər saat 07:33-də 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata əsasən, zəlzələ yerin 4,68 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Zəlzələ Çankaya və Altındağ rayonlarında da hiss olunub.

Egey dənizində 3,8 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.

Peyk görüntüləri, Rusiyanın Kamçatka bölgəsində 30 iyulda baş verən 8,8 bal gücündəki zəlzələnin episentrinə yaxın ərazidə yerləşən Rıbaçi Nüvə Sualtı Qayıqları Bazasının zərər gördüyünü göstərdi. Mərkəzi ABŞ-da yerləşən Planet Labs PBC şirkətinin təqdim etdiyi və New York Times (NYT) qəzetində yayımlanan peyk görüntüləri, Kamçatkada baş verən zəlzələnin Rusiyaya məxsus strateji əhəmiyyətə malik bazaya təsirlərini üzə çıxardı.

İranın cənubundakı Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya görə, episentri Kirman əyalətinin Zehkelut şəhəri olan 5,4 bal gücündə zəlzələ yerli vaxtla səhər saat 8:36-da qeydə alınıb. Zəlzələ 28 kilometr dərinlikdə baş verib və hələ ki, tələfat barədə məlumat yoxdur.