Kuba sahilində 5,8 ballıq güclü zəlzələ qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) tərəfindən verilən məlumata görə, yeraltı təkanların episentri ölkənin şərqində yerləşən Qvantanamo bölgəsinə tabe olan Maisi məntəqəsinin 49 kilometr cənub-qərb sahillərində yerləşib. Zəlzələnin ocağının yerin təxminən 11,6 kilometr dərinliyində olduğu müəyyən edilib. Təkanlar bölgədə qısa müddətli təşvişə səbəb olsa da, ilkin məlumatlara görə hadisə nəticəsində hər hansı can itkisi, yaralanma və ya ciddi maddi ziyan qeydə alınmayıb.
#ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS)
Yaponiyanın Iwate əyalətində 6,8 bal gücündə zəlzələ baş verib və ölkənin şimal-şərqində kiçik miqyaslı tsunami müşahidə olunub. Kyodo News-in Yapon Meteorologiya Agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələdən sonra tsunami barədə xəbərdarlıq elan edilib və Iwate əyalətinin sahil bölgələrində təxliyə çağırışı edilib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 6 bal gücündə olduğunu və Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Əfqanıstan-Pakistan sərhədi yaxınlığında, yerin 8 kilometr dərinliyində baş verdiyini açıqlayıb. Yerli rəsmilər bu zəlzələni ölkə tarixindəki ən güclü təbii fəlakətlərdən biri kimi qiymətləndiriblər. Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında zəlzələ nəticəsində ölənlərin sayının 800-ü, yaralıların sayının isə 2500-ü keçdiyini bildirib. O, həmçinin ölkənin zərər çəkmiş bölgələrində xilasetmə və yardım əməliyyatlarının davam etdiyini qeyd edib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində 250-dən çox insan həyatını itirib, 500-dən çox insan yaralanıb, ölü sayının artacağı gözlənilir. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Pakistan sərhədi yaxınlığında, 8 kilometr dərinlikdə olduğunu açıqlayıb. Zəlzələnin vurduğu ən böyük zərər Kunar əyalətində qeydə alınıb, burada torpaq sürüşməsi nəticəsində yollar bağlanıb və xilasetmə işləri vertolyotlarla aparılır.
Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Antarktika yarımadası sahillərindəki Dreyk keçidi olduğunu açıqlayıb. Təxminən 10,8 kilometr dərinlikdə baş verən təkanlar Argentina və Çilinin bir çox şəhərində hiss olunub. Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) isə zəlzələdən sonra sunami xəbərdarlığı elan edib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Abepura rayonundan 193 kilometr şimal-qərbdə yerləşdiyini və 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Hazırda zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur. Eyni zamanda, zəlzələ sonrası sunami təhlükəsi barədə xəbərdarlıq verilib.
Alyaskada 7,3 bal gücündə zəlzələ baş verib.